İlham Əliyevin qayğısı inkişafın və yüksək rifahın əsas zəminidir

 

Mehriban ƏLİYEVA: "Cənab Prezident tərəfindən atılan addımların əsas məqsədi Azərbaycan xalqının, hər bir vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılmasıdır”

 

Azərbaycanın bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini əhatə edən yenidənqurma işləri davamlı və sistemlidir. İndi ən ucqar kəndə belə getsən, yeni inşa olunmuşya əsaslı təmir edilmiş məktəb binasını, tibb ocağını, uşaq bağçasını, mədəniyyət evini görmək olar. Belə işlər hansısa dövrya sahə üzrə yekunlaşmır. Birinci vitse-prezident Mehriban Əliyevanın bir neçə gün əvvəl Şamaxı və İsmayıllı rayonlarına səfəri də göstərdi ki, hər bir yerdə infrastruktur sürətlə yenilənir, inkişaf edir.

 

Vətəndaşa göstərilən qayğının təzahürü

 

Şamaxı və İsmayıllıda son illərdə möhtəşəm iqtisadi, sosialinfrastruktur layihələri həyata keçirilib, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bu rayonların da dinamik inkişafını təmin edib. Bütün rayonlar kimi bu bölgənin də inkişafı ilə bağlı məsələlər daim Prezident İlham Əliyevin diqqətində olub. Elə fevralın 5-də və 6-da baş vermiş zəlzələlərdən də sonra dövlət başçısı dərhal bu rayonlara səfər etdi. Şamaxı şəhərində sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dövlətin zəlzələnin nəticələrinin aradan qaldırılmasını öz üzərinə götürdüyünübütün qəzalı evlərin qısa müddət ərzində ya bərpa ediləcəyini, ya da yenidən tikiləcəyini bildirmişdi.

Martın 7-də Şamaxıya səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni inşa edilmiş evlərlə tanış oldular, sakinlərlə söhbət etdilər. Həmin gün Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosialinfrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan daha 11 milyon manat vəsait ayrıldı.

Birinci vitse-prezident Mehriban Əliyevanın sentyabrın 14-də Şamaxı və İsmayıllı rayonlarına səfərinin məqsədi ilk növbədə ötən müddətdə zəlzələ bölgəsində görülmüş işlərlə tanışlıq idi. Xatırladaq ki, zəlzələdən sonra Şamaxı rayonu üzrə sakinlər tərəfindən 5985, İsmayıllı rayonu üzrə isə 1272 müraciət edilmiş və qeydə alınmışdı. Bütün müraciətlər Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən diqqətlə öyrənilmişdi. Araşdırmalar nəticəsində müəyyən olunmuşdu ki, müraciət edən vətəndaşlardan bir qisminin evində bərpa gücləndirmə işlərinə, bir qisminin evində isə təmir işlərinə ehtiyac var.

Bir qisim ev isə kəskin qəzalı hesab edilib və onların sökülərək yerində yeni evlərin tikintisi qərara alınmışdı. Artıq qarşıya qoyulan işlərin böyük bir qismi yerinə yetirilmişdi.

 

Heydər Əliyev Fondunun ərməğanı

 

Zəlzələnin fəsadlarının aradan qaldırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fondun "Regional İnkişafİctimai Birliyinin nümayəndələri Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən zəlzələdən dərhal sonra təbii fəlakətdən zərərçəkən ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar. Dövlət xətti ilə görülən işlərdən başqa Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zərərçəkən sakinlər üçün fərdi evlər tikilir ki, onların bir qismi artıq yekunlaşıb.

Şamaxı və İsmayıllıda olarkən Mehriban Əliyeva inşa edilmiş evlərlə tanış oldu, sakinlərlə söhbətləşdi. Birinci vitse-prezident görülən işləri dövlətin öz vətəndaşına göstərdiyi qayğının təzahürü kimi dəyərləndirdi: "Mən cənab Prezidentin tapşırığı ilə Şamaxı və İsmayıllı rayonlarına gəlmişəm. Çox şadam ki, bizim vətəndaşlar belə qısa bir zamanda yeni, tam rahat, hər bir şəraitlə təmin olunmuş evdə yaşayırlar. Bir çox evlər demək olar ki, yenidən tikilir, 2 minə yaxın evdə bərpa işləri aparılır. Mən çox şadam ki, işlərin demək olar yarısı tamamlanıb. Soydaşlarımız artıq yeni, daha rahat, daha geniş evlərdə yaşayırlar. Bu işlərdə Heydər Əliyev Fondu da çox fəaldır. Heydər Əliyev Fondunun dəstəyi ilə 3 rayonda 87 fərdi ev sakinlər üçün tikilir, hər bir rayonun kəndində yeni məktəb tikilib istifadəyə verilir, tibb məntəqələrində bərpa işləri aparılır, eyni zamanda, Şamaxıda çoxmərtəbəli 170 mənzillik 3 yeni bina inşa olunur. Yəni bu, dövlətin öz vətəndaşına göstərdiyi qayğının təzahürüdür”.

Mehriban Əliyeva onu da bəyan etdi ki, Azərbaycan dövlətinin siyasəti hər zaman sosialyönümlü olubbu addımlar davam edəcək. Həm cənab Prezident, həm də hökumət tərəfindən atılan addımların əsas məqsədi Azərbaycan xalqının, Azərbaycanda yaşayan hər bir vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılmasıdır.

 

Genişmiqyaslı yenidənqurma işlərinin bariz nümunələri

 

Birinci vitse-prezidentin Şamaxı və İsmayıllı rayonlarına səfəri həm də yeni sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi ilə əlamətdar oldu. Bunlardan biri Şamaxının Məlikçobanlı kəndində yeni tikilmiş Gülağa Ağayev adına tam orta məktəbin binasıdır. İstismara yararsız olan bu məktəbin əvvəlki binası zəlzələ nəticəsində bir az da pisləşmişdir. Sakinlərin müraciəti və Mehriban Əliyevanın tapşırığı əsasında qısa müddətdə məktəb üçün 3 mərtəbədən ibarət 460 şagird yerlik bina tikilib, bütün inventar və avadanlıqlarla təchiz edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın və qızı Leyla Əliyevanın açılışında iştirak etdikləri İsmayıllı şəhərindəki yeni uşaq bağçası, əsaslı təmirdən sonra istifadəyə verilən İvanovka kəndindəki Mədəniyyət Sarayı ölkədə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin bariz nümunələridir. Xatırladaq ki, Prezidentin Ehtiyat Fondundan uşaq bağçasının tikintisi üçün 1,5 milyon, Mədəniyyət Sarayının əsaslı təmiri üçün isə 2,5 milyon manat vəsait ayrılmışdı.

Mehriban Əliyevanın və Leyla Əliyevanın ziyarət etdikləri Şamaxı Cümə məscidi isə Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir edilib. Prezident İlham Əliyev fondun bu təşəbbüsünə dəstək olub, 2013-cü ildə məscid istifadəyə verilib. Hazırda bu məscid təkcə Şamaxı sakinlərinin deyil, ölkəmizə gələn qonaqların da ziyarət etdiyi müqəddəs məkanlardan biridir.

Azərbaycanın yüksəlişinin mühüm nümunələri olan Şamaxı və İsmayıllı rayonları iqtisadi baxımdan sürətlə inkişaf edirlər. Hər iki rayon həm də ölkəmizin əsas turizm mərkəzləri kimi tanınırlar. İndibu rayonlarda yeni infrastruktur layihələri həyata keçirilir, abadlıq işləri aparılır. Sakinlər İlham Əliyevin xüsusi diqqəti və qayğısını daim hiss edirbunu yüksək qiymətləndirirlər. Bütün bunlar onların Mehriban Əliyeva ilə görüşlərində bir daha ifadə olundu.

Bütövlükdə, Mehriban Əliyevanın Şamaxı və İsmayıllı rayonlarına səfəri olduqca xoşmühüm təəssüratlarla əlamətdar oldu. Ən əsası isə odur ki, hər iki rayonun əhalisi Birinci vitse-prezidentin timsalında ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarının növbəti dəfə şahidi oldular.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 18 sentyabr.- S. 1; 2.