Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq münasibətləri müxtəlif sahələrdə
uğurla inkişaf etdirilir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
17-də Gürcüstanın İqtisadiyyat və Davamlı
İnkişaf naziri xanım Natiya Turnavanı qəbul edib.
AZƏRTAC
xəbər verir ki, Natiya Turnava Gürcüstanın Baş
Naziri Georgi Qaxarianın salamlarını dövlətimizin
başçısına çatdırdı.
Görüşdə
Azərbaycanla Gürcüstan arasında ikitərəfli
dostluq münasibətlərinin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyi bildirildi, iqtisadi sahədə əməkdaşlığın
ayrı-ayrı istiqamətlərdə genişlənməsindən
məmnunluq ifadə olundu.
Söhbət
zamanı iqtisadiyyatın şaxələndirilməsi
hesabına ticarət dövriyyəsinin genişləndirilməsi,
tranzit yükdaşımalarının həcminin
artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir
yolunun imkanlarından istifadə edilməsi məsələləri
müzakirə edildi, energetika, sərmayə qoyuluşu,
elektroenergetika, turizm sahələrində əməkdaşlığın
perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.
Dövlətimizin
başçısı Baş Nazir Georgi Qaxarianın
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Gürcüstanın Baş
Nazirinə çatdırmağı xahiş etdi.
Azərbaycan.- 2019.- 18 sentyabr.- S. 1.