Azərbaycan və
Ermənistan qoşunlarının təmas xəttində
növbəti monitorinq keçiriləcək
ATƏT-in
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
mandatına uyğun olaraq, sentyabrın 18-də Füzuli rayonu
ərazisində yerləşən Azərbaycan və Ermənistan
qoşunlarının təmas xəttində növbəti
monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, monitorinqi Azərbaycan tərəfindən şəxsi
nümayəndənin səhra köməkçiləri Saymon
Tiller və Martin Şuster keçirəcəklər.
Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
edilmiş və nəzarət olunan Azərbaycan ərazisində
monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri
Mixail Olaru və Oqnyen Yoviç aparacaqlar.
Azərbaycan.- 2019.- 18 sentyabr.- S. 2.