Azərbaycan ilə Gürcüstan
arasında iqtisadiyyatın bir sıra sahələrində
yaxşı əlaqələr qurulub
Azərbaycan
Respublikasının Baş Naziri Novruz Məmmədov
sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və
Davamlı İnkişaf naziri xanım Natiya Turnava ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş Nazir Novruz Məmmədov Azərbaycan ilə Gürcüstanın sıx əməkdaşlıq əlaqələrinə malik dost ölkələr olduğunu bildirib. "Ötən 27 il ərzində bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə ikitərəfli münasibətlərimiz inkişaf edib. Ölkələrimiz arasında energetika, sərmayə qoyuluşu, iqtisadi-ticarət sahələrində də yaxşı əlaqələr qurulub”,- deyə Baş Nazir bildirib.
Novruz Məmmədov Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının regionda sabitliyin təmin olunmasına və inkişafa xidmət etdiyini xüsusi vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin daha da inkişafında yüsəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Novruz Məmmədov xanım Natiya Turnavanın səfərinin də ikitərəfli münasibətlərimizin inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Baş Nazir yaxın gələcəkdə Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin vacibliyini qeyd edib.
Gürcüstanın İqtisadiyyat
və Davamlı İnkişaf naziri xanım Natiya Turnava Prezident İlham Əliyev tərəfindən qəbul
olunduğunu məmnunluqla
vurğulayıb, ölkələrimiz arasında mövcud dostluq münasibətlərindən
danışıb. Nazir əlaqələrimizin
müxtəlif istiqamətlərdə, o
cümlədən nəqliyyat, logistika, kənd
təsərrüfatı, turizm sahələrində
genişləndirilməsi baxımından yaxşı
imkanların olduğunu söyləyib.
Söhbət
zamanı qarşılıqlı maraq doğuran məsələlərə
dair geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2019.- 18 sentyabr.- S. 3.