İradə, əzmkarlıq və qələbə

 

"Federasiya kuboku 2019” yarışlarının qalibləri mükafatlandırılıb

 

İdmançılarımız dünyanın ən mötəbər turnirlərində uğurla çıxış edərək ölkəmizin adını daim uca tuturlar. Atletlərimiz müxtəlif yarışlarda idmanın olimpiyaqeyri-olimpiya növləri üzrə ölkəmizi şərəflə təmsil edir və Azərbaycanın idman şöhrətini qaldırmaqda davam edirlər.

Sevindirici haldır ki, Azərbaycan eyni zamanda bir sıra mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilib. Cari ilin ötən dövrü ərzində Bakının "Formula-1” Azərbaycan Qran-prisinə, XV Avropa Gənclər Yay Olimpiya Festivalına, futbol üzrə UEFA Avropa Liqasının finalına, bədii gimnastika üzrə 37-ci dünya çempionatına və digər mötəbər yarışlara uğurla evsahibliyi etməsi, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılıb.

 

Maddi-texniki baza gücləndirilib, komandaya yeni idmançılar cəlb olunub

 

Azərbaycan Yelkənli İdman Federasiyasının rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində bu idman növü də ölkəmizdə uğurla inkişaf etməkdədir. Məhz federasiya rəhbərliyinin əzmkarlığı sayəsində yelkənli idman növünə olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişməkdədir.

Aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında "Optimist” "Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerlərinin, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir.

Məqsədlərə çatmaq üçün federasiya rəhbərliyi tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib.

 

30 yelkənçinin maraqlı mübarizəsi

 

Qürurverici haldır ki, artıq yelkənli idman növündə ölkədaxili yarışlar silsilə xarakteri daşımağa başlayıb. Belə yarışlardan biri bu günlərdə təşkil olunub. Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA) təşkilatçılığı ilə "Federasiya kuboku 2019” turnirinə start verilib. Federasiyadan verilən məlumata görə, yarışda SFA-nın yelkənçiləri, "Xəzər Dəniz GəmiçiliyiQapalı Səhmdar Cəmiyyətinin "Xəzəryelkənli qayıqlar, eləcə "Dənizçiyelkən idman klublarının üzvləri mübarizə aparıblar.

"Optimist”, "Laser4.7”, "Laser Radial”, "Laser Standartsinifləri üzrə keçirilən yarışlarda 30 idmançı iştirak edib. İdmançılardan 18-i "Optimist”, 5-i "Laser4.7”, 3-ü "Laser Radial”, 4-ü isə "Laser Standartsinfi üzrə məharətlərini nümayiş etdiriblər.

Federasiya kuboku uğrunda yarış Azərbaycan Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Alqon Giorgianninin baş hakimliyi, federasiyanın baş məşqçiləri Seyhun Yıldızın, Tuğçə Subaşının, məşqçi Anton Vilyayevin, "Xəzərklubunun direktoru Tatyana Srebnayanın hakimliyi ilə baş tutub. Gün ərzində ən azı üç dəfə açıq dənizə çıxan yelkənçilər federasiya kuboku uğrunda gərgin idman mübarizəsi aparıblar.

"Optimist” sinfi üzrə yarışın ümumi yekununda Murad Hacızadə birinci, Ayla Babayeva ikinci, Fidan Ağazadə (hər üçü SFA) isə üçüncü yeri tutublar. "Optimist” sinfi üzrə qızlar arasında mübarizənin yekununda Ayla Babayeva, Fidan Ağazadə Kristina Kərimova (hər üçü SFA) müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

"Laser4.7” sinfi üzrə yelkənçilərdən Murad Allahverdi (SFA) birinci, İsmayıl Kərimov (SFA) ikinci, Fərid Cəfərov ("Dənizçi”) isə üçüncü olublar. "Laser Radial” sinfi üzrə yarışın yekununda Cavid Kərimov (SFA), Aslan Məmmədov ("Xəzər”) Rauf Abdullayev ("Xəzər”) müvafiq olaraq fəxri kürsüdə yer alıblar.

"Laser Standartsinfi üzrə isə Mixail Protasov ("Xəzər”) birinci, Nikita Vilayev ("Dənizçi”) ikinci, Vaqif Qasımov ("Xəzər”) isə üçüncü pillələrdə qərarlaşıblar.

Mükafatlandırma mərasimində qaliblərə, həmçinin yay məktəbində iştirak edərək məşqlər zamanı yüksək nəticə qazanan iştirakçılara sertifikatlar hədiyyələr təqdim olunub.

Qeyd edək ki, SFA-nın üç ay ərzində təşkil etdiyi yay məktəbinə 16 uşaq qatılıb. Bunlardan 7-si yüksək nəticə göstərib. Dünya çempionatlarında fotoreportajların hazırlanmasında yaxından iştirak edən peşəkar fotoqraf Joao Kosta Ferreira Bakıda keçirilən yarışda qonaq qismində iştirak edib. O, Azərbaycanda keçirilən yelkən yarışından maraqlı fotolardan ibarət reportajlar hazırlayıb.

 

Sosial layihələr fəaliyyət prioritetinə çevrilir

 

Yelkənli İdman Federasiyası təşkil olunan yarışlarla yanaşı, sosial layihələrdə fəal iştirakı ilə seçilir. Bu çərçivədə ötən ay Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların övladları üçün "Yelkənli idmanın bir günüadlı əyləncəli-maarifləndirici tədbir təşkil edilib. Tədbirin məqsədi şəhid övladlarının yelkənli idmanla tanış olması, onlarda bu idman növünə maraq istəyin aşılanması, yelkənli qayıqların idarə edilməsi barədə məlumatlandırılması olub. Ümumilikdə 16 iştirakçının qatıldığı tədbirdə iştirakçılara yelkənli qayıqdan istifadə qaydaları, açıq dənizdə küləklə mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsinin sirləri öyrədilib. Federasiyanın "Laser” "Optimist” sinifləri üzrə beynəlxalq dərəcəli baş məşqçiləri Seyhun Yıldız Tuğçə Subaşının təlim-məşqləri iştirakçıların marağına səbəb olub.

Federasiyanın yığma komandasının üzvləri beynəlxalq dərəcəli məşqçilərin nəzarəti altında tədbir iştirakçılarının açıq dənizdə yelkənli qayıqlardan təhlükəsiz istifadəsini təmin ediblər. Açıq dənizdə yelkənli qayıqlarla gəzinti, eyni zamanda sahildə təşkil edilən əyləncəli oyunlar şəhid övladları tərəfindən böyük maraq sevinclə qarşılanıb.

Tədbir zamanı, həmçinin iştirakçılara yelkənli idman növü, idmançıların beynəlxalq yarışlara hazırlığı, federasiyanın yığma komandasının ölkədə xaricdə təlim-məşq düşərgələrində iştirakı, komanda üzvlərinin yüzlərlə dünya şöhrətli peşəkar idmançının qatıldığı yarışlarda ölkəmizi uğurla təmsil etməsi, yelkənçilərimizin taktiki biliklərinin müxtəlif hava şəraitində yarış təcrübələrinin daha da artırılması, əldə etdikləri nailiyyətlər barədə ətraflı məlumat verilib.

Şübhə yoxdur ki, yelkənli idman növü Azərbaycanda gələcəkdə daha da inkişaf edəcək yelkənçilərimiz ölkəmizə yeni-yeni qələbələr qazandıracaqlar. Çünki dövlət başçısı İlham Əliyevin ölkədə bədən tərbiyəsi idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi tanıtdırıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 18 sentyabr.- S. 5.