Dina Averina: “Bu zal, bu xalça, Bakı şəhəri mənə doğmadır”

 

"Bu gün mən xalça üzərinə çox rahat çıxdım və maksimum proqramı yerinə yetirdim”. AZƏRTAC xəbər verir ki, rusiyalı gimnast Dina Averina bu sözləri Bakıda keçirilən Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatında təsnifat yarışlarındakı çıxışından sonra söyləyib.

Rusiyalı idmançı deyib: "Əvvəl elə bilirdim ki, çox qorxulu olacaq, amma sərbəst çıxış etdim. Yəqin ona görə ki, Bakıda keçirilən yarışlarda əvvəllər də iştirak etmişəm. Bundan əlavə, biz podiumda iki dəfə məşq etmişik, məkana, zala uyğunlaşmışıq. Burada hər şey xoşuma gəlir, bu zal, bu xalça, Bakı şəhəri mənə doğmadır”.

Dina Averina daha sonra deyib ki, bacısı Arina onun üçün çox narahat idi. O deyib: "Arina bəlkə məndən çox həyəcan keçirirdi. Hər halda başqa gimnastı xalça üzərinə çıxarmaq gimnastın özünün çıxışından daha mürəkkəbdir”.

 

Azərbaycan.- 2019.- 18 sentyabr.- S. 5.