Mehriban Əliyeva: Hər iki
dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin
xatirəsini dərin ehtiramla yad edirik
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Musiqi Günü ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib.
AZƏRTAC xəbər verir
ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: "Bu gün Milli Musiqi Günüdür.
1885-ci il sentyabrın 18-də Azərbaycan
bəstəkarlıq məktəbinin banisi,
dahi bəstəkar Üzeyir
Hacıbəyli anadan olmuşdur.
Onunla eyni ildə və
eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli
nümayəndəsi, böyük bəstəkar
Müslüm Maqomayev dünyaya gəlmişdir. Hər iki dahi şəxsiyyətimizin
xatirəsini dərin ehtiramla yad edirik”.
Azərbaycan.- 2019.- 19 sentyabr.- S. 2.