Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik
Şurasının dövlət katibi ilə
görüşüb
Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, müstəqillik illərində Azərbaycan-Belarus əlaqələrinin təməlinin 1994-cü ildə dövlət başçıları Heydər Əliyev və Aleksandr Lukaşenko tərəfindən qoyulduğunu xatırladan Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Belarus Prezidentinin qarşılıqlı səfərlərinin və görüşlərinin ikitərəfli münasibətlərimizin inkişafında xüsusi rol oynadığını vurğuladı.
Söhbət zamanı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə Stanislav Zas arasında bundan əvvəl beynəlxalq təbirlərdə keçirilən görüşlər məmnunluqla xatırlandı.
Görüşdə Administrasiya rəhbəri Ramiz
Mehdiyev 2020-ci ilin yanvar ayından Stanislav
Zasın yeni vəzifənin icrasına
başlayacağını qeyd edərək,
bu münasibətlə təbriklərini
çatdırdı və həmin vəzifədə
çalışacağı dövrdə də Azərbaycanla
Belarus arasında dostluq
əlaqələrinin inkişaf edəcəyinə əminliyini ifadə
etdi. Administrasiya rəhbəri
Ramiz Mehdiyev Belarus Respublikasının Təhlükəsizlik
Şurası ilə bundan sonra
da yaxın əməkdaşlığın
davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan.- 2019.- 19 sentyabr.- S. 2.