YAP-ın Ağdam və Bərdə rayonlarından olan fəalları ilə görüş
keçirilib
Sentyabrın 18-də Bərdə rayonunda Yeni Azərbaycan Partiyasının Bərdə və Ağdam rayonlarından olan fəalları ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Ağdam və Bərdə Rayon İcra hakimiyyətlərinin başçıları Vaqif Həsənov, Vidadi İsayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub.
Bərdə rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov çıxış edərək, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb, rayon təşkilatının və partiya fəallarının qarşısında duran vəzifələrdən bəhs edib.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış ediblər.
Sonda YAP sıralarına yeni daxil olmuş
gənclərin bir qrupuna
partiya biletləri təqdim olunub.
Azərbaycan.- 2019.- 19 sentyabr.- S. 2.