SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə
Hərbiləşdirilmiş Hissəsinin yeni
inzibati binası istifadəyə verilib
Sentyabrın 19-da "Əsrin müqaviləsi”nin 25-ci ildönümü və "Neftçilər Günü” ərəfəsində SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binasının əsaslı təmirdən sonra açılışı olub. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, R.Abdullayev görülmüş işlərdən razılığını bildirib, Ulu Öndər Heydər Əliyevə həsr olunan guşəyə, inzibati otaqlara, eləcə də yeni yaradılmış idman zalı və yeməkxanaya baxış keçirib.
Qeyd edək ki, Fontana
Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş
Hissəsi SOCAR-ın tərkibinə daxil olan təşkilatların istehsalat
sahələrində neft, qaz,
su təzahürlərinin, açıq neft və qaz
fontanlarının bildirilməsi və ləğv edilməsi,
quyularda xüsusi geyim və avadanlıq tətbiq etməklə
mürəkkəb qəza işlərinin yerinə yetirilməsi
və bu sahədə digər xidmətləri
həyata keçirir.
Azərbaycan.- 2019.- 20 sentyabr.- S. 6.