Pərviz Şahbazov: "Əsrin müqaviləsi"nin
Azərbaycanın ictimai-siyasi həyatındə
müstəsna xidmətləri olub
"Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatındə müstəsna xidmətləri olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov "Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı sentyabrın 19-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bu tarixi müqavilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ərsəyə gəlib. "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatındə müstəsna xidmətləri olub. Bu müqavilə nəticəsində Xəzərin karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli başlayıb.
"İndiyədək "Azəri-Çıraq-Günəşli"
(AÇG) layihəsinə 36 milyard dollar sərmayə qoyulub.
Prezident İlham
Əliyevin iştirakı ilə "Əsrin meqaviləsi"nin
müddəti 2049-cu ilədək uzadılıb. Bu layihə sayəsində Azərbaycan indiyədək
143 milyard dollar gəlir
əldə edib. AÇG üzrə
bu vaxtadək 492 milyon ton neft, 161 milyard kubmetr qaz hasil edilib. Cari ilin ötən dövründə isə ölkədə 25,1 milyon ton neft çıxarılıb və
bu həcmin 20,9 milyon tonu ixrac
edilib. Respublika üzrə gündəlik
neft hasilatı sutkada 765 min barrel olub",
- deyə P.Şahbazov
vurğulayıb.
Azərbaycan.- 2019.- 20 sentyabr.- S. 6.