Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis” fəxri adı verilsin:

 

Abdurahmanov İsmət Abdurahman oğlu

 

İbadov Fərhad İbad oğlu

 

Quliyev Ağaşirin Simran oğlu.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 sentyabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 20 sentyabr.- S. 2.