M.N.İmanovanın
Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun icraçı direktoru
təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 sentyabr 2019-cu il
Azərbaycan.- 2019.- 21 sentyabr.- S. 1.