2020-ci il Azərbaycanın sosial-iqtisadi
inkişafında mühüm mərhələ
olacaq
Gələn ilin dövlət büdcəsi layihəsində gəlir və xərclərin artımı bunu deməyə əsas verir
Ötən 16 il Azərbaycanın öz tarixinin ən qüdrətli dövrünü yaşaması ilə səciyyəvidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız bu dövrdə həm iqtisadi inkişaf baxımından ortaya mükəmməl nümunə qoyub, həm bölgənin liderinə, həm də beynəlxalq miqyasda söz sahibi olan nüfuzlu dövlətə çevrilib.
2020-ci ilin büdcə layihələri reallıqlara
və çağırışlara uyğun
hazırlanıb
Həyata keçirilən inkişaf kursu 2019-cu ilin ötən dövründə də ölkəmizin davamlı yüksəlişini təmin edərək müsbət nəticələrin əldə edilməsini şərtləndirib. Bu mənada sona yaxınlaşan 2019-cu il Azərbaycanın iqtisadi inkişafı baxımından əlamətdardır. Bu müddətdə ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatda 2,4 faiz artımla ümumi daxili məhsul istehsal edilib, qeyri-neft sektorunda isə 3,2 faiz çoxalma qeydə alınıb.
İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, bu meyillərin 2020-ci ildə də davam edəcəyi gözlənilir. Bu proqnoza görə, gələn il ölkədə ÜDM-in real iqtisadi artımı 2,4 faiz olmaqla 82,7 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,3 faiz olmaqla 54,2 milyard manat təşkil edəcəkdir.
Bir neçə gün əvvəl Maliyyə Nazirliyinin ictimaiyyətə təqdim etdiyi "Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” da bu müsbət notlar üzərində köklənməklə növbəti ilin dövlət və icmal büdcələrinin əsas göstəricilərini diqqətə çatdırır. Açıqlama 2020-ci il və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərinin, habelə dövlət borcuna dair əsas məlumatları əhatə etməkdədir.
Dövlət büdcəsi ölkənin xərcləri və onların ödənilməsi mənbələri üzrə illik maliyyə planıdır. Məqsəd ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının maliyyələşdirilməsini, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir.
Büdcə həm də iqtisadi-sosial inkişaf proseslərini tənzimləyən maliyyə vasitəsidir. 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamadan da aydın olur ki, sənədlər ölkəmizin reallıqlarına uyğun və gələn ilin çağırışları nəzərə alınaraq hazırlanıb.
Qeyri-neft gəlirləri artır
2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10 milyard 536,5 milyon manat) 43 faiz, neft gəlirləri (13 milyard 947,5 milyon manat, o cümlədən Dövlət Neft Fondundan transfert 11 milyard 767,5 milyon manat) isə 57 faiz təşkil edəcək.
2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1 milyard 68,8 milyon manat və ya 11,3 faiz çoxdur. Bu, kifayət qədər böyük rəqəmdir və Azərbaycanda qeyri-neft sektorunun inkişafının əyani göstəricisidir. Neft Fondundan transfert təxminən 403 milyon manat artacaq. Göründüyü kimi, gələn ilki büdcədə qeyri-neft gəlirlərinin payındakı artım Dövlət Neft Fondundan artan transfertlərdən 2,5 dəfə çoxdur.
Qlobal enerji qiymətlərinin volatilliyi fonunda iqtisadiyyatın neft sektorundan asılılığın azaldılması hədəflərinə uyğun olaraq, büdcənin qeyri-neft gəlirlərinin artırılması növbəti ildə də gəlir siyasətinin əsas istiqamətlərindən biri olacaq. Xatırladaq ki, 2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb.
2020-ci ildə icmal büdcə gəlirləri isə 27 milyard 605,3 milyon manat məbləğində proqnozlaşdırılır.
Sosial xərclər 2 milyard
664,2 milyon manat artırılır
2020-ci ildə dövlət büdcəsinin xərcləri
25 milyard 617,7 milyon manat məbləğində
proqnozlaşdırılır. Bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.
Xərclərlə bağlı
diqqəti çəkən
əsas məqam sosialyönlü xərclərin
çəkisinin 2019-cu illə
müqayisədə 9,9
faiz artırılmasıdır.
Beləliklə, gələn
ilin büdcə xərclərinin tərkibində
sosialyönlü xərclərin
xüsusi çəkisi
40,7 faiz təşkil edəcəkdir
ki, bu da
2019-cu illə müqayisədə
2 milyard 664,2 milyon manat çoxdur.
Qeyd edək ki, Prezidentin
sərəncamları ilə
minimum əməkhaqqının, bir sıra sosial
müavinətlərin və
təqaüdlərin, dövlət
qulluqçularının, hüquq
mühafizə orqanları
əməkdaşlarının, müəllimlərin, büdcədən
maliyyələşən bir
sıra digər təşkilatlarda çalışanların
əməkhaqlarının artırılması, habelə
əmək pensiyasının
minimum məbləğinin artırılması
haqqında qanunvericiliyə
edilən dəyişikliklər
sosialyönlü xərclərin
artımını şərtləndirib.
Ona görə 2020-ci ildə əməyin ödənişi üzrə
xərclər 6 milyard
723,4 milyon manat, təqaüdlər və sosial müavinətlər
üzrə xərclər
3 milyard 213,4 milyon manat (o cümlədən Dövlət Sosial Müdafiə Fonduna transfert 1 milyard 426,9 milyon manat) təşkil
edəcək.
Beləliklə, ənənəvi olaraq büdcənin sosialyönümlülüyü
növbəti ildə
də təmin olunacaq. Bu əsasda əməyin ödənişi,
təqaüdlər və
sosial müavinətlər,
o cümlədən əhalinin
aztəminatlı təbəqələrinin
sosial müdafiəsinin
möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması
prioritet xərc istiqamətlərindən olacaq.
Ölkənin müdafiə qabiliyyətinin
və təhlükəsizliyinin
təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə
təminatının yaradılması
2020-ci il və orta müddətli
dövrdə də davam etdiriləcək.
Eyni zamanda insan kapitalının inkişafı, əmək
məhsuldarlığının artırılması, kompetensiyalı
işçi qüvvəsinin
yaradılması üzrə
tədbirlər büdcə
siyasətinin əsas istiqamətlərindən biri
olaraq qalacaq. Bu əsasda
təhsil islahatlarının
davam etdirilməsi, məktəbəqədər təhsilin
maliyyə təminatı,
habelə ali
məktəblərə dövlət
sifarişi əsasında
tələbə qəbulunun
daha da genişləndirilməsi
məqsədilə müvafiq
maliyyə təminatı
ayrılacaq.
Xərc siyasətinin digər mühüm istiqaməti ərzaq təhlükəsizliyinin
təmin edilməsi olacaq. Bununla əlaqədar, aqrar
sektorun stimullaşdırılması,
kənd təsərrüfatının
aparıcı sahələrinin
inkişaf etdirilməsi
üçün müvafiq
təşviq mexanizmləri
formalaşdırılacaq, maliyyə
dəstəyi və subsidiyalar ayrılacaq.
2020-ci ilin xərc
siyasətinin əsas istiqamətlərindən biri
səhiyyə sahəsində
islahatların dəstəklənməsi
olacaqdır. Belə ki, 2020-ci ildən
başlayaraq ilk dəfə
olaraq bütün ölkə ərazisində
icbari tibbi sığortanın tətbiqi
planlaşdırılır ki, bu məqsədlə
dövlət büdcəsində
əhəmiyyətli maliyyə
vəsaiti nəzərdə
tutulur.
Bunlarla yanaşı, gələn
il nəqliyyat, kommunal infrastruktur, meliorasiya, sənaye və energetika, kənd təsərrüfatı
kimi prioritet sahələrdə infrastruktur
layihələrinin dəstəklənməsi,
habelə təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin,
əlil və şəhid ailələri
üçün evlərin
tikintisi dövlət əsaslı vəsait qoyuluşunun prioritet istiqamətlərindən olacaq.
Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər
üçün yaşayış
evlərinin tikintisi proqramı davam etdiriləcək.
2020-ci il üzrə icmal büdcə xərclərinin yuxarı
həddi büdcə qaydasına uyğun olaraq 28 milyard 192 milyon manat səviyyəsində
proqnozlaşdırılır ki, bu da
2019-cu ilin təsdiq edilmiş göstəricisi
ilə müqayisədə
821,1 milyon manat və ya 3 faiz
çoxdur.
2020-ci ildə dövlət büdcəsinin kəsirinin
1 milyard 133,7 milyon manat olması
proqnozlaşdırılır ki, bu da
cari ilin göstəricisindən 888,3 milyon
manat və ya 43,9 faiz azdır.
Ənənəvi olaraq kəsirin
maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, daxili borclanma, o cümlədən qiymətli
kağızların buraxılışı,
özəlləşdirmədən daxilolmalar və vahid xəzinə hesabının qalığı
hesabına aparılacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.- 21 sentyabr.- S. 1; 4.