Kristian Okerhelm: Azərbaycanda
bütün dini konfessiya nümayəndələri üçün azad və
tolerant mühit
yaradılıb
Sentyabrın
20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) sədri Mübariz Qurbanlı İsveçdə fəaliyyət
göstərən "Həyat sözü” beynəlxalq kilsəsinin
direktoru Kristian Okerhelm və "Həyat sözü" cəmiyyətinin
MDB ölkələri və beynəlxalq xidməti üzrə
nümayəndəsi Karl Qustav Severin ilə
görüşüb.
DQİDK-nın
mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,
görüşdə komitə sədri qonaqlara ölkəmizdəki
nümunəvi dövlət-din münasibətləri, dinc birgəyaşayış
ənənəsi, tolerantlıq siyasəti, eyni zamanda, dini
konfessiyalara göstərilən diqqət və qayğı
barədə məlumat verib. Bildirib ki, Azərbaycanda fəaliyyət
göstərən dini konfessiyalar arasındakı münasibətlər
qarşılıqlı hörmətə və əməkdaşlığa
əsaslanır. Prezident İlham Əliyevin Azərbaycanda
multikultural dəyərlərin qorunması və tolerant
münasibətlərin inkişafı yönündə
atdığı addımlar davamlı xarakter
daşıyır.
Bu
gün Azərbaycanda 24-ü xristian, 8-i yəhudi, 1-i krişna
və 2-si bəhai olmaqla 35 qeyri-müsəlman dini
icmasının dövlət qeydiyyatına
alındığını qeyd edən komitə sədri, eyni
zamanda, xristian icmalarının Azərbaycandakı fəaliyyətindən
danışıb. Qeyri-islam dini qurumların fəaliyyətinə
dövlət tərəfindən hərtərəfli dəstəyin
göstərildiyini, icmalara mütəmadi maddi vəsaitlərin
ayrıldığını diqqətə çatdıran
Mübariz Qurbanlı "Həyat sözü” Xristian dini
icması ilə Dövlət Komitəsinin səmərəli
və sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Ölkəmizə
ilk dəfə 25 il öncə səfər etdiyini deyən
"Həyat sözü” beynəlxalq kilsəsinin direktoru
Kristian Okerhelm həmin dövrdəki çətinliklərə
baxmayaraq, hazırda Azərbaycanın çox dəyişildiyini,
uğurlu iqtisadi inkişafa nail olduğunu bildirib. Ulu öndər
Heydər Əliyevlə görüşlərini xüsusi
ehtiramla xatırladan qonaq respublikamızda multikultural mühitin
qorunması və inkişafı yönündə
ardıcıl, məqsədyönlü addımların
atılmasını yüksək qiymətləndirib. Azərbaycanda
bütün dini konfessiya nümayəndələri
üçün yaradılan azad və tolerant mühitə
görə məmnunluğunu ifadə edən K.Okerhelm
vurğulayıb ki, Azərbaycanın dünyaya əyani
nümayiş etdirdiyi birgəyaşayış nümunəsinin
kökündə dini azadlıqların təmin edilməsi
dayanır.
Kristian
Okerhelm "Həyat sözü” xristian dini icmasının Azərbaycanda
fəaliyyətə başlamasının 25 ilinin tamam
olduğunu bildirib və icmanın bu münasibətlə
keçirəcəyi tədbirə komitə rəsmilərini
dəvət edib.
Görüşün
sonunda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda
mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən,
eləcə də işğal olunmuş ərazilərimizdə
vandalizm hərəkətlərinə məruz qalan tarixi-dini
abidələrdən bəhs edən kitablar təqdim olunub.
Qeyd
edək ki, kilsə 1983-cü ildən İsveçdə fəaliyyət
göstərir və təkcə Skandinaviya ölkələri
deyil, bütün dünya üçün mərkəz rolunu
oynayır. Kilsədə uşaq bağçaları və
xristian məktəbləri, eyni zamanda, Bibliya məktəbi
mövcuddur. MDB ölkələrində "Həyat
Sözü” Kilsəsinin 200 minə yaxın üzvü və
mindən çox kilsəsi var.
Azərbaycan.- 2019.- 21 sentyabr.- S. 5.