Xarici İşlər nazirinin müavini Xələf Xələfova Rusiya XİN-in “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanı təqdim olunub

 

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin "Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mükafatı təqdim etmək məqsədilə Xarici İşlər Nazirliyinə gələn Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov Xarici İşlər naziri Sergey Lavrovun məktubunu oxuyaraq, Xələf Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmləndirilməsinə önəmli töhfə verdiyini qeyd edib.

 

Azərbaycan.- 2019.- 21 sentyabr.-  S. 5.