Müdafiə naziri cəbhəboyu zonada
tikintisi davam edən hərbi
hissələrdə olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olublar.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tikinti işlərinin gedişini yoxlayan general-polkovnik Zakir Həsənov
inşaat işlərinin keyfiyyətli
aparılması və vaxtında başa
çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Azərbaycan.- 2019.- 22 sentyabr.- S. 2.