“Əsrin
müqaviləsi”nin imzalanması ilə Azərbaycan sürətli
inkişaf mərhələsinə daxil oldu
Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox çətin oldu. Belə ki, siyasi sabitsizlik, tez-tez hakimiyyət dəyişikliyi, xaos və hərc-mərclik son həddə çatmışdı. Digər tərəfdən, iqtisadi böhran və inflyasiya əhalinin həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdu. Bununla yanaşı, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilmişdi. Bu da dövlətdən əlavə vəsait xərclənməsini tələb edirdi. Digər tərəfdən, Ermənistanla müharibə vəziyyətində olduğumuz üçün ordunun təminatına pul lazım idi. Xəzinə isə boş idi.
Ölkənin belə çətin vəziyyətində xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Təcrübəli və uzaqgörən siyasətçi olan Ümummilli Lider çıxış yolunu neft sənayesinin müasir dövrün tələblərinə uyğun yenidən qurulmasında gördü. Bunun üçün böyük siyasi iradə və uzaqgörənlik lazım idi. Çünki "Əsrin müqaviləsi”nin imzalanmasına mane olmaq istəyən böyük qüvvələr vardı. Həmin dövrdə isə Azərbaycan öz tarixinin bəlkə də ən zəif dövrünü yaşayırdı. Aparılan uğurlu siyasət nəticəsində Ulu Öndər Heydər Əliyev 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu.
Beləliklə, 1997-ci ilin noyabrında ilkin neft hasil
edildi. Sonrakı illərdə neft
satışından əldə
edilən gəlirdən
ölkənin inkişafı
üçün istifadə
edilməyə başlandı.
İlk növbədə əhalinin,
xüsusilə qaçqın
və məcburi köçkünlərin sosial
vəziyyətinin yaxşılaşdırılmasına
vəsait ayrıldı.
Sonra ölkənin ümumi inkişafının
təmin edilməsindən
ötrü nəhəng
sosial və infrastruktur layihələrinin
icrasına start verildi.
Yeni asfalt və dəmir yolu xətləri çəkildi
və ya əsaslı təmir edildi, enerji və qaz təchizatı
sistemi isə müasir dövrün tələbləri səviyyəsinə
qaldırıldı. Təsadüfi deyil ki, Davos
Ümumdünya İqtisadi
Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə
Azərbaycan 34-cü yerdədir.
"Əsrin müqaviləsi”
ölkənin gəlirinin
artmasında, xüsusilə
maliyyə vəziyyətinin
sabit saxlanmasında əsas mənbə olaraq qalır. Təkcə "Azəri-Çıraq-Günəşli”dən
(AÇG) 2001-ci ildən bəri
143 milyard 366 milyon
dollar gəlir əldə
edilib. Bu ilin 6 ayı ərzində ölkənin
valyuta ehtiyatlarının
49 milyard dollara çatması da "Əsrin müqaviləsi”nin
nəticəsidir.
Neft sənayesinin
dirçəldilməsi ölkəmizə
xarici kapital qoyuluşunu da təmin etdi. Belə
ki, 2017-ci ilə qədər Azərbaycanın
dənizdəki neft yataqlarının işlənməsinə
təxminən 33 milyard
dollar investisiya qoyulub və "Azəri-Çıraq-Günəşli”dən
3,2 milyard barel neft hasil edilib.
Eyni zamanda həmin yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək ölkəmizə
əvəzsiz verilib.
Prezident İlham Əliyev "Əsrin müqaviləsi”nin
fəaliyyət müddətinin
uzadılması, daha çox neft və qazın hasil edilməsi üçün yeni müqavilənin bağlanması
ideyasını irəli
sürdü. Bunun sayəsində 2017-ci ilin sentyabrında "Əsrin
müqaviləsi”nin müddəti 2050-ci ilə
qədər uzadıldı.
Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı.
Yeni sazişin əhatə etdiyi dövrdə beynəlxalq tərəfdaş şirkətlər
tərəfindən Dövlət
Neft Fonduna 3,6 milyard dollar bonus ödəniləcək. Eyni
zamanda, yeni sazişin imzalanması nəticəsində ölkəmizə
növbəti 32 il ərzində
AÇG-yə 30 milyarddan
artıq sərmayə
qoyulmasına imkan yarandı.
Prezident
İlham Əliyev cari il yanvarın 29-da "Azərbaycan
Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın icrasının
yekunlarına həsr olunan konfransda son 15 il ərzində ölkənin qazandığı
nailiyyətləri yüksək
qiymətləndirərək demişdir: "Beləliklə,
görülmüş işlər
haqqında danışanda,
əlbəttə ki,
biz son 15 il ərzində
yerinə yetirilmiş
işlərə nəzər
salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm
də dəyişən,
abadlaşan şəhərlərdə
özünü göstərir.
Son 15 il ərzində
Azərbaycan iqtisadiyyatı
dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır.
Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir.
Sənaye istehsalı
2,6 dəfə artmışdır. İxracımız
4,7 dəfə, valyuta ehtiyatlarımız
24 dəfə artıb
və bu gün 45 milyard dollar təşkil edir. Yəni bu, onu göstərir
ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz
sektoruna, Bakı şəhərinin inkişafına
böyük vəsait
qoyulmasına baxmayaraq,
biz öz valyuta ehtiyatlarımızı 24 dəfə
artıra bilmişik”.
Neft sənayesinin
və bununla yanaşı, ölkə iqtisadiyyatının dinamik
inkişafı xarici investorların marağına
səbəb olub. Bunun nəticəsidir ki, son 15 il ərzində
Azərbaycana təxminən
250 milyard dollar sərmayə
qoyulub və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni xarici investorlar
üçün Azərbaycan
çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan münbit sərmayə iqlimi xarici investorları
həvəsləndirir.
Ölkəmiz neftdən, qazdan əldə edilən gəlirləri nəqliyyat
sektoruna yönəldir
ki, Azərbaycan nəinki bölgədə,
Avrasiya məkanında
nəqliyyat mərkəzinə
çevrilsin. Artıq buna nail
olunub. Bakı-Tbilisi-Qars dəmir
yolunun işə düşməsi tarixi layihədir. Bu, ölkəmizə imkan verir ki, Azərbaycan
ərazisindən böyük
həcmdə yüklər
Şərqdən Qərbə,
Qərbdən Şərqə
göndərilsin. Bunun sayəsində
həm geosiyasi əhəmiyyətimiz artacaq,
həm də daim valyuta qazanacağıq.
Eyni zamanda "Şimal-Cənub
nəqliyyat dəhlizi”nin
yaradılması da böyük önəm daşıyır.
Əlbəttə ki, bu işlərin
görülməsi genişmiqyaslı
beynəlxalq əməkdaşlıq
tələb edir. Azərbaycan bu
sahədə də təşəbbüskar ölkə
kimi öz müsbət rolunu oynayıb. Bu gün "Şərq-Qərb”
və "Şimal-Cənub”
nəqliyyat dəhlizlərində
birləşən ölkələrin
sayı 10-dan çoxdur
və onların sayı daha da artacaq. Ölkəmiz hər iki layihədə iştirak edən tək ölkədir. Bunun sayəsində
Azərbaycan Avrasiyada mühüm strateji nəqliyyat mərkəzinə
çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, digər infrastrukturlarımız
beynəlxalq əhəmiyyətlidir.
Sosial infrastrukturun
yaradılması prosesi
davam edir. Baxmayaraq ki,
3272 məktəb tikilib
və təmir edilib. Bu məktəblər
mövcud məktəb
fondunun 73 faizi deməkdir. Bununla yanaşı, xəstəxanaların,
olimpiya komplekslərinin
tikintisi davam edir.
Həmçinin məcburi köçkünlərin
problemləri daim diqqət mərkəzindədir. Keçən
il 5800 köçkün
ailəsi üçün
evlər tikilibdir, o cümlədən 1000 ailə
üçün özəl
sektor evlər tikib. Cari ildə bu işlər də davam etdirilir. İlkin hesablamalara görə, əlavə olaraq ən azı 5000 ailə üçün yeni evlər tikiləcək.
Şəhid ailələrinin və Qarabağ müharibəsi
əlillərinin problemləri
də həll olunur. Ötən il 626 şəhid və Qarabağ müharibəsi əlilinin
ailəsinə ev verildi. Bu il
isə 800 ailəyə
ev veriləcək. Növbəti illərdə
bu proses davam etdiriləcək ki, bütün şəhid ailələri,
Qarabağ müharibəsi
əlilləri evlərlə
təmin olunsunlar. İndiyə qədər bu qəbildən olan 6650 ailə ev alaraq
mənzil şəraitini
yaxşılaşdırıb.
Beləliklə, Azərbaycanın neft-qaz layihələri ölkənin
davamlı inkişafına
xidmət edir.
Rüstəm KAMAL
Azərbaycan.- 2019.- 22 sentyabr.- S.
3.