“UNEC ikili diplom proqramlarısərgisi keçirildi

 

Azərbaycan Dövlət İqtisad Universitetində "UNEC ikili diplom proqramları” sərgisi keçirilib.

Sərgidə UNEC-in Avropa və Amerikanın aparıcı universitetləri ilə bakalavrmagistratura pilləsi üzrə ikili diplom proqramları təqdim olunub. Sərgini ziyarət edənlərə UNEC-də bakalavr pilləsi üzrə London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, Fransanın ICD Beynəlxalq Biznes Məktəbi (Institut international du commerce et du developpement) və Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə ikili diplom proqramları barədə ətraflı məlumat verilib. UNEC-in Montpellier universiteti ilə ikili diplom proqramının məzun tələbələri ziyarətçilərə və qonaqlara proqramın üstünlüklərindən bəhs ediblər.

Sərgidə UNEC-in magistr pilləsi üzrə ABŞ-ın Linkoln Universiteti, Fransanın Montpellier Universiteti, Litvanın Mikolas Romeris Universiteti (MRU), İsveçrənin UBİS (University of Business and International Studies) Biznes Beynəlxalq Tədqiqatlar Universiteti (BBTU) ikili diplom proqramları da nümayiş olunub.

UNEC rektoru, professor Ədalət Muradov qonaqlara jurnalistlərə sərgi barədə açıqlama verib. Bildirib ki, UNEC-in ikili diplomları barədə sərgi ilk dəfədir ki, təşkil olunur. Burada UNEC-in 8 xarici universitetlə magistrbakalavr pilləsi üzrə ikili diplom proqramı təqdim olunur. Sərginin məqsədi tələbə və magistrlərə ikili diplomlar barədə ətraflı məlumat vermək, onların maraq və istəklərinə uyğun seçim etmələrinə dəstək göstərməkdir. Rektor bildirib ki, 4 illik təhsil müddətində tələbələr UNEC-in diplomu ilə yanaşı, ikili diplom proqramına qoşularaq nüfuzlu xarici universitetindiplomunu əldə edə bilərlər. Eləcə də magistratura təhsilində UNEC ilə ABŞ-ın və ya Avropanın aparıcı universitetlərindən birinin diplomunu qazanmaq mümkündür.

Sərgini ziyarət edənlər UNEC-in ikili diplom proqramlarını yüksək qiymətləndirərək bu imkanı tələbə və magistrlər üçün böyük uğur adlandırıblar.

Sərgidə tələbələri maraqlandıran suallar cavablandırılıb, ikili diplomlar barədə bukletlər paylanılıb.

 

M.SADIQZADƏ

 

Azərbaycan.- 2019.- 22 sentyabr.-  S. 8.