Peşə təhsili sahəsində islahatlar davam edir

 

Bu gün peşə təhsili ölkəmizin təhsil siyasətində əsas prioritetlərdən biridir. Məhz peşə təhsili bütün seqmentlər üzrə ixtisaslı kadr hazırlığının təmin edilməsində aparıcı rola malikdir. Peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə son illərdə 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb.

Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə əməkhaqqının artırılmasına başlanılıb, müəllimlərin istehsalat təlimi ustalarının bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb. Bu istiqamətdə tədbirlər cari ildə davam etdirilməkdədir.

Avropa İttifaqının dəstəyi ilə 4 layihənin icrasına başlanılıb. Gəncə, Qəbələ, Qax, İsmayıllı Bərdə rayonlarında peşə təhsili müəssisələrində infrastrukturun müasirləşdirilməsi, yeni kurikulumların hazırlanması mühəndis-pedaqoji heyət üçün təlimlərin təşkili ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

 

Sənaye innovasiyalar üzrə ixtisaslaşan müasir peşə təhsili mərkəzi

 

Koreya İqtisadi İnkişaf Əməkdaşlıq Fondu ilə imzalanan Kredit Sazişinə əsasən Bakı şəhərində sənaye innovasiyalar üzrə ixtisaslaşan müasir peşə təhsili mərkəzi istifadəyə verilib cari tədris ilindən fəaliyyətə başlayıb. Bu təhsil kompleksi əsas tədris binasını, 2 emalatxana, yataqxana, idman meydançasını digər zəruri infrastrukturu özündə ehtiva edir. Artıq Koreyadan 809 adda 4089 sayda ən müasir avadanlıqlar gətirilərək quraşdırılıb. Tədris prosesinin Koreya təhsil standartları əsasında təşkili məqsədilə koreyalı yerli mütəxəssislər tərəfindən özəl sektor da cəlb edilməklə kurikulum tədris vəsaitləri hazırlanıb. Mərkəzdə mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil avtomatlaşdırma olmaqla 8 istiqamət üzrə kadr hazırlanacaq. Mərkəzdə fəaliyyət göstərəcək 26 ixtisaslı mütəxəssis seçilərək Koreyada 3 aylıq təlim keçirməsi təmin edilib. Cari tədris ilində mərkəzdə 400 tələbə təhsil alacaq. Növbəti tədris ilindən etibarən qəbul planının artırılması qısamüddətli kursların tətbiqi nəticəsində tələbə sayının 1000 nəfərə çatdırılması planlaşdırılır.

 

Rəqabətqabiliyyətli kadr hazırlığı

 

Rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirəcək bu mərkəz Sumqayıt Texnologiyalar Parkı, "Huawei”, "Mitsubishi”, "EduMedia”, "Subaru”, "Optimal Electronics”, "Tech Academy”, "Honda”, "Hyundai”, "Helind”, "Mazda”, "Azedunet”, "Toyota Azərbaycan”, "Mars Academy”, "Turox Aero Technologies” kimi aparıcı sənaye müəssisələri şirkətlərlə əməkdaşlıq əlaqələri yaradıb memorandumlar imzalayıb. Yeni qəbul olunan "Ümumi təhsil haqqındaAzərbaycan Respublikasının Qanununa əsasən, təhsilalanların peşə seçiminə əmək fəaliyyətinə hazırlanması məqsədilə ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkil edilməsi nəzərdə tutulub. Bununla əlaqədar məzunların əmək bazarının ehtiyaclarına uyğun hazırlanması məşğulluğunun təmin edilməsi məqsədilə ümumtəhsil müəssisələrinin X-XI siniflərində peşə təmayüllü siniflər fəaliyyətə başlayıb. İlkin olaraq Bakı, Sumqayıt, Gəncə, Şirvan şəhərlərində, Abşeron, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir Sabirabad rayonlarında ümumilikdə 20 ümumtəhsil müəssisəsində peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb. Həmin təhsil müəssisələrində iaşə xidməti, kənd təsərrüfatı, inşaat məişət texnikası sahələri üzrə zəruri infrastruktur təcrübə sahələri yaradılıb, tədris planları, müvafiq resurslar, dərs modulları hazırlanıb. Peşə təmayülü üzrə təhsil alan şagirdlər təhsili başa vurduqdan sonra tam orta təhsil haqqında sənədlə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi əldə edəcəklər ki, bu da həmin sənədə əsasən onların əmək fəaliyyətinə başlamasına imkan verəcək.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2019.- 24 sentyabr.-  S. 3.