Xarici İşlər naziri
Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri
ilə görüşüb
Xarici İşlər naziri Elmar Məmmədyarovun Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki,
görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli
üzrə aparılan danışıqlar, eləcə də
münaqişə zonasındakı vəziyyət və
ümumilikdə, münaqişənin tənzimlənməsi
üzrə Həmsədrlərin gələcək fəaliyyət
planları və perspektivləri müzakirə edilib.
Azərbaycan.- 2019.- 24 sentyabr.- S. 4.