Əzəmətli dağlar, yaşıl meşələr, buz bulaqlar...

 

Qeyri-neft sektorunun inkişafında prioritet istiqamətlərdən biriturizmdir. Ölkəmizin son illərdəki sosial-iqtisadi inkişafı, respublikamızda keçirilən bir sıra mötəbər tədbirlər xarici ölkə vətəndaşlarında Azərbaycana olan marağı xeyli artırmışdır. Elə ölkəmizdə turizmin sürətli inkişafı da məhz bu amillərlə bağlıdır.

Havalar çox isti keçəndə insanlar dincəlmək üçün ən çox dağ rayonlarına üz tuturlar. Belə bir dövrdə Daşkəsən rayonu da istər təbiəti, istərsə də tarixi abidələri ilə turistləri özünə cəlb edir. Əzəmətli dağları, yaşıl meşələri, buz bulaqları, səfalı yaylaqları ilə turistlərin daim marağında olan bu rayon sözün əsl mənasında özünün inkişaf dövrünü yaşayır. Son illər burada həyata keçirilən infrastruktur layihələri, demək olar ki, əvvəllər mövcud olan problemləri aradan qaldırmış, nəinki rayon sakinlərinin, eləcə də bura istirahət etməyə gələn xarici turistlərin rahatlığını təmin etmişdir.

Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə olan bu rayonda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən saysız-hesabsız kurqanlar onu deməyə əsas verir ki, bu ərazilər ta qədimlərdən yaylaq kimi yerli əhali tərəfindən istifadə edilib. Bundan başqa, rayonun qiymətli yataqlarla zəngin olması da insanların daim maraq dairəsində olub. Məhz bu məqsədlə Sovetlər birliyi dövründə yeraltı sərvətlərin istismarı üçün xeyli aparılmışdır. İşlər indidavam etdirilir. Lakin bütün bu sərvətlərlə yanaşı, Daşkəsənin bir sərvəti də var ki, o da şəfaverici yaylaqlarıdır. Onların içərisində turistlərin ən çox maraqlandıqları Xoşbulaq yaylağıdır. İstər yerli, istərsə də xarici qonaqlar bu yaylaqda dincəlmək, istirahət etmək üçün yüz kilometrlərlə yol qət edirlər. Turistlər burada yaxşı istirahət etməklə yanaşı, həm də Tunc dövrünə aid olan Daştəpə qalasına, "Çoban daşı”na, Molla Abdulla bulağına ekskursiyalara gedirlər. Ümumiyyətlə, rayon ərazisində çoxlu sayda tarixi abidə var. Onlardan Əmirvar kəndindəki Yastı qayanı, Ləzgi qayasını, Qara inək mağarasını, Yal yurdu qalasını, Göycəlilər yurdu qalasını, eləcə də Dərdər qalasını misal göstərmək olar.

Qabaqtəpə zonası da turizm üçün çox əlverişlidir. Burada 800 kvadratmetr ərazisi olan Alban məbədi kimi respublika əhəmiyyətli tarixi memarlıq abidəsi, Qabaqtəpə kəndindən 5 kilometr aralıda yerləşən Gəlinqaya qonaqların zövqünü öxşayır.

Dünyada məşhur olan Qabaqtəpə boz arı cinsi də məhz bu yerlərin adı ilə bağlıdır. Dağlara söykənən bu kənd qərb tərəfdən meşələrlə əhatə olunmuşdur. Rayon mərkəzindən Qabaqtəpə kəndi ərazisinədək olan yerdə çoxlu sayda tarixi qədim olan körpülər, yaşayış məskənləri var.

Rayonun Tapan kəndində Qudur bulağı, Alaxançallı kəndində Turşsu, Qaraqullar kəndində bulaq, Zəylik kəndində Düz yal, Bayan kəndində ecaskar dəmiryol körpüləri və keçidləri, Çılçirəvənd məbədi, monastr, Gurbulaq kəndi ərazisində Dikdaş, Ərkinaz qalaları, Zağalı kəndində dünya əhəmiyyətli kurqanlardaş qəbirlər, Zəylik kəndində Alban məbədi, Əhmədli kəndində türbə, Dardərə kəndində Çalağan qalası, Dəstəfur kəndində Gəncə çayı üzərində salınmış qədim körpütarixi abidələr rayona səfər edən hər bir turistdə maraq doğurur. Ümumiyyətlə, bu gün rayon ərazisində yerli və ölkə əhəmiyyətli 71 tarixi və mədəniyyət abidəsi var. 46 abidə isə AMEA-nın Elmi-Arxeologiya Tədqiqat İnstitutu tərəfindən qeydiyyata alınmışdır.

Rayonun təbii iqlim şəraiti və zəngin tarixi abidələri almaniyalı turistləri daha çox maraqlandırır. Bunu nəzərə alan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri (GİZ) Daşkəsəndə olmuş, "Gəncə-Qazax iqtisadi rayonunda yerliregional inkişafa dəstək” layihəsi çərçivəsində müzakirələr aparmışlar.

Turizmin inkişafı ilə bağlı elmi əsaslarla işlənmiş və proqram xarakterli "Yeni Daşkəsən” layihəsində rayonun turizm potensialından səmərəli istifadə edilməsi prioritet məsələ kimi qarşıya qoyulmuşbir sıra işlər həyata keçirilmişdir. Yol infrastrukturunun yenilənməsi istiqamətində xeyli görülmüşdür. Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulmasında son tamamlama işləri başa çatmaq üzrədir. Gəncə-Daşkəsən-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı yenidənqurma işlərinə isə bu yaxınlarda start verilmişdir.

Daşkəsən rayonunun özünəməxsus torpaq-bitki örtüyüheyvanat aləmi var. Rayon ərazisi dağlarla əhatə olunduğundan bölgəyə xüsusi gözəllik verir. Yollar boyu uzanan qalın meşələr insan sağlamlığı üçün xüsusi əhəmiyyət daşıyır. Mənbəyini Qoşqar, Gəncə, Şəmkir və Ballıca çaylarından, habelə kiçik dağ çaylarından götürən sututarlar qızılxallı forel balıqları ilə zəngindir. Turizm üçün xarakterik olan Zivlən və Astaf kəndlərindəki eyni adlı iki göl isə qonaqların daha çox əyləndikləri məkandır. Bundan başqa, Gəncə-Daşkəsən avtomobil yolunun dağ zirvələrinə doğru yüksələn xətlə sıldırımlı ərazilərdən keçməsi, zirvələrdən üfüqlərə və dərələrə açılan ürəkaçan mənzərələr, "Daşkəsən Filizsaflaşdırma” ASC-yə məxsus asma kanat yolu rayona gələnlərdə xoş təəssürat oyadır.

Rayonda kənd turizmi, yaşıl turizm pərakəndə şəkildə inkişaf etmişdir. Lakin ekoturizm, dağ turizmi, alpinizm turizmi, aqroturizm növlərini inkişaf etdirmək üçün rayonda əlverişli şərait mövcuddur. Nədənsə turizmin bu sahələrinin inkişaf etdirilməsinə investorların marağı çox azdır. Söz yox ki, həmin sahələrə vəsait yatırılması həm rayon iqtisadiyyatına, həm də investorlara gəlir gətirə bilər. Bütün bunlara baxmayaraq, həmin sahələrin inkişaf etdirilməsi rayon rəhbərliyinin maraq dairəsindədir.

Daşkəsəndə və onun yaylaqlarında dincələnlərin sayı ildən-ilə artır. Buna səbəb bir tərəfdən havaların isti keçməsidirsə, digər tərəfdən insanların ekoloji cəhətdən təmiz ərzaqla zəngin olan bölgələrə marağının artmasıdır. İndi bütün kəndlərdə yerlixarici turistlərə rast gəlmək mümkündür. Ən çox maraq isə əvvəllər olduğu kimi, Xoşbulaq yaylağınadır. Bu il də evlər bir neçə ay əvvəl kirayələndiyindən ev tapmaq bir qədər çətinlik yaradırdı. Bakıda yaşayan İsrafil Cəfərov söhbət zamanı dedi ki, hər il 5 nəfər ailə üzvü ilə burada dincəlir. Qiymətlər o qədər də baha deyil. Ən əsası isə, ailə üzvləri ekoloji çəhətdən təmiz kənd məhsulları ilə qidalanır. Hər gün səhər qaldığı evin sahibindən çox ucuz qiymətə bal, qaymaq, sacda bişirilmiş yuxa alır. Bəzi hallarda nahar yeməyini elə ev sahibi hazırlayır. Təzə ətdən bişirilmiş yemək və yaxud kənd çolpası ailə üzvləri tərəfindən razılıqla qarşılanır.

Qara Seyidov isə Gəncədən gəlib. Deyir ki, Xoşbulaq yaylağı nəvələrinə sanki şəfa verir. Buranın qəribə iqlimi var. Bir də görürsən ki, gün çıxdı. 5 dəqiqə keçməmiş yağış yağdı. Ümumiyyətlə, axşamlar o qədər sərin olur ki, qızmar şəhər həyatından sonra bu, insana həzz verir.

Ölkə rəhbərinin diqqət və qayğısı ilə Xoşbulaq yaylağı son illər tanınmaz dərəcədə dəyişmişdir. Gəncədən yaylağa kimi asfalt yol çəkilmiş, bir sıra infrastruktur layihələri həyata keçirilmişdir. Turistlərin əraziyə ekskursiyaları üçün bütün imkanlar yaradılmışdır. Yaylaqda bazar, ət və ərzaq mağazaları fəaliyyət göstərir. 2014-cü ildə Xoşbulaqda Gənclərin Təlim və İnkişaf Mərkəzi istifadəyə verilmişdir ki, burada istirahət edən turistlər həmin mərkəzin xidmətlərindən səmərəli şəkildə istifadə edirlər. Bu ərazidə yerləşən buz bulaqlara, eləcə də şəlaləyə edilən ekskursiyalar da turistlərdə xoş ovqat yaradır.

Oğuz sakini Fəxrəddin Əliyev isə hər il Daşkəsənin Dəstəfur kəndində dincəlir. Söhbət zamanı Fəxrəddin dedi ki, bura onun ata-baba yurdudur. 30 ildən artıqdır ki, Bakıda yaşayır. Ancaq rayonun təmiz havası onu ailə üzvlərini tez-tez çəkib Xoşbulağa gətirir. Bütün yayı burada qalır, vaxtilə uşaqlığı keçən yerləri atla gəzərək xoş anlar yaşayır.

Daşkəsənlə Xoşbulaq yaylağına dincəlməyə gələnlər arasında xarici turistlər var. Xüsusilə Türkiyədən, Almaniyadan, eləcə Rusiyadan çoxlu sayda xarici turistlə görüşdük. Onlar bu yerlərin əvəzolunmaz olduğunu söylədilər. Türkiyəli Osman Qılıc dedi ki, onun vətənində dincəlməli gözəl yerlər çoxdur. Lakin insanın görmədiyi yerlərdə dincəlməsi maraqlıdır. O, Daşkəsəndə keçirdiyi 3 günlük istirahətdən böyük zövq aldığını bildirdi gələn il Xoşbulaqda yenidən dincəlmək arzusunda olduğunu dedi.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.- 24 sentyabr.-  S. 6.