Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Ümumdünya Turizm Təşkilatının assosiativ üzvlüyünə namizəd qəbul edilib

 

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası keçirilmişdir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İctimaiyyətlə əlaqələr şöbəsindən redaksiyaya daxil olan məlumatda bildirilir ki, 65 turizm nazirinazir müavini, 31 dövlət katibi və 1100-dən çox şəxsin iştirak etdiyi bu tədbirdə turizmin təhsildə və yeni yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular müzakirə olunmuşdur.

Sessiyada ölkəmizi respublika Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Tədbirdə ATAA təşkilata assosiativ üzvlüyə namizəd qəbul edilmişdir.

 

Azərbaycan.- 2019.- 24 sentyabr.-  S. 6.