Xalq acından ölür, Paşinyanı isə yalnız hakimiyyət düşündürür

 

Ermənistanda ictimai-siyasi vəziyyət daha gərgin mərhələyə keçib

 

Ermənistanda sosial-iqtisadi, ictimai-siyasi müstəvidə vəziyyətin getdikcə ağırlaşması müşahidə olunur. Həm əhalinin maddi rifah halının pisləşməsi, həm də daxilixarici siyasətdə qeydə alınan uğursuzluqlar ondan xəbər verir ki, bunlar qarşıdakı günlər ərzində hakimiyyət üçün yeni problemlər yaradacaq. Bu hadisələr fonunda baş nazir Nikol Paşinyan isə hər vəchlə hakimiyyətini möhkəmləndirməyə çalışır. Son günlərdə baş tutan istefalar isə daxili siyasi gərginliyin ən yüksək mərhələdə olduğunu nümayiş etdirir.

Politoloq Armen Badalyan yenicə istefaya göndərilmiş Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı Artur Vanetsyanın Paşinyana qarşı yeni siyasi hərəkat yarada biləcəyini vurğulayıb. Qeyd edib ki, Vanetsyan xalq arasında nüfuzu getdikcə azalan Paşinyan hökumətinə yaxşı alternativ ola bilər. Onun sözlərinə görə, Paşinyana qarşı yeni siyasi güc mərkəzi məhz Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları hesabına formalaşa bilər. Badalyan bildirib ki, Ermənistanın sabiq prezidentləri Robert Koçaryanın və Serj Sarkisyanın əks siyasi qütbə rəhbərlik etmək şansları yoxdurbu məsələdə tamamilə yeni siyasətçilər önə çıxmalıdırlar. Bundan başqa, onların tərəfdarlarının təmsil olunduğu Respublikaçılar Partiyasının da sıraları getdikcə seyrəlir. Politoloq bu amillərə söykənərək iddia edib ki, Vanetsyanın qarşısında dura biləcək heç bir siyasi güc olmayacaq.

MTX-nin sabiq sədri reytinqinə görə Paşinyandan geri qalmır, onun kifayət qədər imkanları və xarici dəstəyi var. Rusiyanın timsalında Vanetsyanın ciddi dəstəyi var. MTX sədrinin öz istefası ilə bağlı açıqlamasında "Biri sanki mənə "dayandeyir!” sözləri də vacib məqamlardan xəbər verir. Paşinyanın mətbuat katibi onun bu sözlərini şərh etməkdən imtina edib.

Ermənistan baş nazirinin MTX sədrindən sonra ölkənin polis rəisi Valeri Osipyanı da istefaya göndərməsi iqtidar daxilində ciddi ziddiyyətlərin daha bir göstəricisidir. Paşinyanın aparat rəhbəri bildirib ki, baş nazir onların fəaliyyətindən narazı olub, lakin hər iki sabiq vəzifəli şəxs cinayətdə ittiham edilmir. Belə ki, Vanetsyan Futbol Federasiyasının sədri, Osipyan isə baş nazirin müşaviri təyin ediliblər. Politoloqlar hesab edirlər ki, Paşinyanın bu kosmetik addımları iqtidarın daxilində getdikcə güclənən ziddiyyətlərin qarşısını ala bilməyəcək.

Yerli mətbuatın yazdığına görə, Paşinyan Milli Təhlükəsizlik Xidmətinin sədri və polis rəisi vəzifələrinə istədiyi adamları təyin edə bilmir. "Lragir” qəzetinin yazdığına görə, Nikol Paşinyan "İşıqlı Ermənistan” parlament fraksiyasının təqdim etdiyi namizədlərin qəbul olunmasını gözləyir. Məlumata görə, sentyabrın 20-də Ermənistan parlamentində güc strukturlarına rəhbərlərin təyin edilməsi haqqında sənədə dəyişikliklər ikinci oxunuşda qəbul olunub. Dəyişiklik baş nazirə polis və MTX rəhbərliyinə bu sahənin mütəxəssisi olmayan, Ermənistanın 25 yaşı tamam olmuş, 4 il ölkə ərazisində yaşamış istənilən vətəndaşını təyin etməyə imkan verir. Bu qanun cari ilin noyabrında qüvvəyə minəcək.

Nikol Paşinyan polis rəisi vəzifəsinə müvəqqəti olaraq Yerevan meri Hayk Martunyanın dostu Arman Sarkisyanı, Dövlət Təhlükəsizliyi Xidmətinin direktoru vəzifəsinə isə qurumun direktor müavini Eduardı təyin edib. Arman Sarkisyanın bu vəzifədə qalacağı gözlənilən olsa da, Martirosyanın direktor olacağı az ehtimal olunur.

Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda Rusiyanın "Prtime.ru” saytında erməni politoloq Styopa Safaryan və Ermənistanın baş naziri Nikol Paşinyanla onun mətbuat katibi Vladimir Karapetyanın gizlibir o qədər də alçaldıcı "Whatsapp” yazışmalarını ortaya çıxarıb. Qeyd olunub ki, bu yaxınlarda Styopa Safaryana məxsus olan "iPhonemarkalı telefon itib. Əslində isə bu hadisə planlı şəkildə siyasi motivlər əsasında hazırlanıb. Hücum isə bir qrup şəxs tərəfindən həyata keçirilib.

Bu faktlar Safaryana məxsus telefonun itməsindən sonra mətbuata sızıb. Telefonda baş nazir Nikol Paşinyana, onun mətbuat katibi Vladimir Karapetyana Styopa Safaryana məxsus "Whatsappyazışmaları var. Yazışmalarda üçlük arasında rüşvət sövdələşmələrindən pulla kiminsə prokuror vəzifəsinə gətirilməsindən həmin şəxsdən 30 milyon dram rüşvət alınmasından bəhs olunur. Baş nazirin mətbuat katibi Vladimir Karapetyan dəllallıq edən Safaryana baş nazirlə olan söhbəti barədə yazır, hətta vurğulayır ki, baş nazir çox dözülməz insandır, hərdən elə danışır ki, istər-istəməz insanda ikrah hissi yaradır.

Yazışmalarda "Baba” adlandırılan şəxs isə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyandır. Məlum olur ki, Nikol Paşinyan atdığı hər addımı onunla bölüşür, məsləhət alır.

Bu gün Ermənistanda reallıq həm ondan ibarətdir ki, xalq aclıq çəkir. Paşinyan isə hakimiyyətini möhkəmlətmək üçün bütün vasitələrə əl atır. Buna görə hər an sosial partlayışların olacağı istisna edilmir. Son illər səfalət içində yaşayanların sayı bir qədər artıb. Reallıqda işğalçı ölkənin əhalisinin yarıdan çoxunun aclıq problemi ilə üzləşməsi danılmazdır. Ermənistanda azgəlirli ailələr çörək məmulatlarını artıq kartofla əvəz ediblər. Yoxsul həyat tərzinə dözə bilməyən əhali miqrasiyaya üstünlük verir. Nəticədə kəndlər boşalır, infrastruktur dağılır. Kəndlərdə əsasən qadınlar, uşaqlar yaşlı insanlar yaşayır. Həmin ailələrin əməkqabiliyyətli kişiləri isə ölkə xaricində miqrant kimi çalışır.

Ermənistanda vəziyyəti ağırlaşdıran digər bir cəhət isə işsizlik səviyyəsinin durmadan yüksəlməsidir. Araşdırmalara görə, əməkqabiliyyətli əhalinin yarıya qədəri hazırda işsizdir. Aydındır ki, bu vəziyyətdə Paşinyanın da uzun müddət iqtidarda qala bilməsi ciddi sual altına düşür.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 24 sentyabr.- S. 7.