Azərbaycan dünyada münbit investisiya mühiti olan ölkə kimi tanınır

 

Ölkəmizə bu inam "Əsrin müqaviləsi”ndən sonra yaranıb

 

Aparılan islahatlar sayəsində ölkəmiz dünya miqyasında münbit investisiya mühiti olan məkana çevrilib. Xarici sahibkarlar əvvəllər yalnız neft sənayesinə investisiya qoyurdusa, indi qeyri-neft sektoruna da sərmayə yatırımı ildən-ilə artır. Bunun nəticəsidir ki, Azərbaycan MDB məkanında ən çox xarici sərmayə yatırılan ölkədir. Bu işdə biz hətta bir sıra Şərqi Avropa ölkələrindən də öndəyik.

Dövlət başçısının həyata keçirdiyi uğurlu islahatlar sayəsində xarici sərmayə üçün əlverişli mühit yaranıb. Xarici investorlar sərmayə yatırarkən hər bir ölkədə üç əsas amilə diqqət yetirirlər. Bunlardan birincisi siyasi sabitlikdir. Ölkəmizdə bu, çoxdan bərqərar olub. İkincisi, investisiyanın qorunması üçün mükəmməl qanunvericilik bazasının mövcudluğudur. Üçüncüsü, dinamik inkişafdır. Sərmayədarda qoyduğu kapitaldan yüksək gəlir əldə edəcəyinə əminlik yaradır. Dövlət başçısı tərəfindən aparılan uğurlu xaricidaxili siyasət nəticəsində hər üç amil həyata keçirilib.

Prezident İlham Əliyev "Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə ölkə iqtisadiyyatına kapital qoyuluşunun əhəmiyyətini vurğulayaraq demişdir: "Əsrin müqaviləsi”nin bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var. Bu kontraktın imzalanması da asan məsələ deyildi. Uzun müddət ərzində aparılan danışıqlar nəticə vermirdi. Əlbəttə, hər iki tərəf çalışırdı ki, özü üçün daha əlverişli və məqbul şərtləri əldə etsin. Hesab edirəm ki, biz "Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini gördük. Çünki həm sərmayə qoyan tərəf - investorlar, həm də ki, Azərbaycan dövləti maraqlar balansını taparaq ən məqbul şərtlərlə özləri üçün bu kontraktı imzaladılar. Əgər investorları kontraktların şərtləri qane etməsə, onda əlbəttə ki, heç bir kontraktın imzalanmasından söhbət gedə bilməz”.

Dövlət başçısının qeyd etdiyi kimi, xarici sərmayədarları cəlb etmək üçün onların da maraqları nəzərə alınmalıdır. Bunun nəticəsidir ki, Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənməsinə təxminən 33 milyard dollar investisiya qoyulub. Bununla yanaşı, neftqaz kəmərlərinin çəkilişinə də xarici sərmayədarlar tərəfindən milyardlarla dollar sərmayə yatırılıb.

Ötən il ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub. Bunun 11 milyard manatdan çoxu ölkəmizin qeyri-neft sektoruna yönəldilib. Bu sərmayədə xarici investisiyanın da payı yüksəkdir. Dünya Bankının son hesabatına əsasən, ölkəmiz investisiya qoyuluşu üçün əlverişli mühitə görə 25-ci yerdə qərarlaşıb. Bu, yüksək göstəricidir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında ölkənin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən 8627,2 milyon manat sərmayə qoyulub. Hesabat dövründə neft-qaz sektoruna yatırılan sərmayələr azalsa da, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 5,7 faiz artıb. Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı sahələrinin, 26 faizi xidmət sahələrinin, 9,7 faizi isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ölkədə sahibkarlığın inkişafı kapital qoyuluşunda da özünü göstərir. Belə ki, hesabat dövründə dövlət tərəfindən ümumi sərmayənin 48 faizi qoyulduğu halda, özəl sektor tərəfindən yatırılan kapital 52 faizdir. Əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 4825,9, bank kreditləri 678,1, büdcə vəsaitləri 2388,7 milyon manatdır. Büdcədənkənar fondların vəsaitləri 136,1, əhalinin şəxsi vəsaitləri 574,5 və s. vəsaitlər isə 23,9 milyon manat təşkil edib.

Ölkəmizdə münbit investisiya mühitinin nəticəsidir ki, cari ilin 8 ayı ərzində xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2528,9 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 2046,1 milyon manatı İngiltərə, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İranNorveç sərmayədarlarına məxsusdur.

Kapital qoyuluşu sayəsində cari ilin yanvar-avqust aylarında paytaxtda Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, DOST Agentliyininilk DOST Mərkəzinin inzibati binası, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binası, Gənclər Mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıtda "SOCAR karbamidzavodu, Polietilen zavodu, Beyləqanda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya, Mingəçevir-Bəhramtəpə-Beyləqan avtomobil yolları, Qobustanda "Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Naxçıvan Muxtar Respublikasında 1170 şagirdlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Bakı şəhərində 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və digər mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 25 sentyabr.- S. 1; 5.