Layihə daxilində
layihə
"Azəri-Çıraq-Günəşli”də
quraşdırılacaq platformanın tikintisi
üçün 6 müqavilə
imzalanıb
2017-ci il sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) müddəti 2049-cu ilin sonunadək uzadıldı. 2019-cu il aprelin 19-da isə AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni, "Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinə sanksiya verildi.
ACE-ni "Yeni əsrin müqaviləsi” də adlandırırlar. Əslində o, AÇG daxilində daha bir layihədir.
Hazırda ACE tikinti mərhələsindədir. Layihə çərçivəsində ilk neftin 2023-cü ildə alınacağı gözlənilir.
AÇG-nin operatoru olan BP şirkəti ACE ilə bağlı əsas müqavilələrin imzalandığını və layihənin sürətlə irəlilədiyini bildirir.
Mühəndislik, tikinti və quraşdırma, layihələrin idarə edilməsi və digər xidmətləri əhatə edən müqavilələrin bağlanması sanksiya qərarından sonra ACE-nin növbəti mühüm addımıdır. Bu müqavilələr ACE-nin həyata keçirilməsi qrafikini müəyyən edir.
Əsas müqavilələrdən biri ACE platformasının dayaq blokunun və ətək payalarının quraşdırılması üzrədir, "BOS Shelf” MMC və "Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsiumla imzalanıb. Müqavilənin dəyəri 260 milyon dollara yaxındır. İş həcmi isə istehsal sexləri və quraşdırma ilə əlaqədar mühəndislik, boruyayma işləri, dayaq blokunun, eləcə də ətək payalarının hazırlanması və yığılması, quraşdırma sistemlərinin istismara verilməsi, qurğunun yüklənib göndərilməsi və dənizdə yerinə bərkidilməsindən ibarətdir.
Bu müqavilə üzrə bütün tikinti və quraşdırma işləri yerli resurslardan, o cümlədən işçi qüvvəsi və tikinti sahələrindən istifadə edilməklə
SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək. Tikinti işləri artıq başlanıb və onların 2021-ci ildə başa çatdırılacağı gözlənilir.
İkinci müqavilə ACE platformasının üst modullarının hazırlanmasını və inteqrasiyasını nəzərdə tutur. Müqavilə cari ilin iyul ayında "Azfen” şirkəti ilə bağlanıb, dəyəri 486 milyon dollardan artıqdır.
Bu müqavilə çərçivəsində isə iş həcminə istehsal və quraşdırma mühəndisliyi, həmçinin platformanın üst modullarının hazırlanması, yığılması və birləşdirilməsi daxildir. Müqavilə üzrə nəzərdə tutulan işlərə ("National Oilwell Varco” şirkəti tərəfindən layihələndiriləcək) həmçinin yüngül bir qazma blokunun hazırlanması və s. aiddir.
Üst modullar Bibiheybətdəki istehsal
sahəsində inşa
olunacaq. Tikinti işləri artıq
başlanıb və
2022-ci ildə başa
çatdırılacaq.
Üst modulların
qazma qurğusu ilə əlaqədar layihələndirilmə, tədarük
və tikintiyə nəzarət üzrə müqavilə sayca üçüncüdür və
ABŞ-ın "National Oilwell
Varco” (NOV) şirkəti ilə
imzalanıb. Dəyəri 151 milyon dollardan
çox olan bu müqavilə çərçivəsində işlərin həcminə
müfəssəl layihələndirmə,
mühəndislik təminatı,
avadanlığın tədarükü
və qazma qurğusunun Bakıya çatdırılması daxildir.
Buraya eləcə də üst modullar və qazma qurğusu
istehsalçısının tikinti işlərinə o
cümlədən qazma
qurğusunun hazırlanması,
birləşdirilməsi, sazlanması
və istismara verilməsi ilə əlaqədar fəaliyyətə
nəzarəti də daxildir.
Dördüncü müqavilə platformanın
yaşayış blokları
ilə əlaqədar
layihələndirmə, satınalma
və tikinti ilə bağlıdır,
İsveçin "Emtunga
Solutions AB” şirkəti ilə
imzalanıb. Bu müqavilənin
dəyəri 34 milyon dollara yaxındır.
Müqavilə layihələndirmə, satınalma və tikinti ilə yanaşı, yaşayış
bloklarının inteqrasiyası
və istismara təhvil verilməsinə
texniki dəstəyi də nəzərdə tutur.
İşlər artıq başlanıb və onların 2022-ci ildə başa çatacağı gözlənilir. Yaşayış bloklarının yığılması
və istismara verilməsi Bibiheybətdəki
istehsal sahəsində,
platformalar üçün
üst modulların inşa olunacağı ərazidə yerli resurslardan istifadə edilməklə həyata keçiriləcək.
Layihələndirmə işlərinin icrası ilə əlaqədar dəyəri 76 milyon dollardan çox olan müqavilə SOCAR-KBR
MMC birgə müəssisəsi
ilə imzalanıb. Bu müqaviləyə üst
modullar, dayaq bloku və ətək
payalarının layihələndirilməsi,
ACE layihəsi üçün
mövcud obyektlərin
yenilənməsi və
sualtı qurğular üçün sistemin layihələndirilməsi üzrə
mühəndislik işləri
daxildir. Sayca beşinci
olan müqavilə eləcə də layihənin idarə edilməsini, yəni materialların, işçi
münasibətlərinin, məlumatların
idarə edilməsini,
tədarük üzrə
dəstəyi, keyfiyyətin
idarə olunmasını
və tikinti sahəsində dəstəyi
əhatə edir.
Bu istiqamətdə də işlər başlanıb və
SOCAR-KBR şirkətinin Böyük
Britaniyadakı Leatherhead və
Bakıdakı mühəndislik
ofisləri vasitəsilə
yerinə yetirilir.
Yüklərin idarə edilməsi xidmətləri ilə əlaqədar olan sonuncu - altıncı müqavilə Regional Çərçivə
Sazişi çərçivəsində
2019-cu ilin avqustunda
"Transglobal Projects” (TGP) MMC ilə imzalanıb.
Bu müqavilə çərçivəsində
işlərə materialların
və avadanlıqların
təchizatçıların obyektlərindən toplanması
və Bakıdakı sahələrə çatdırılması,
o cümlədən gömrük
rəsmiləşdirməsi daxildir. Göstəriləcək xidmətlər nəqliyyatın
bütün növlərini,
o cümlədən beynəlxalq
və daxili avtomobil nəqliyyatı, çay gəmiləri, barjlar, dəniz və hava nəqliyyatı
ilə daşıma haqqında razılaşmalar,
yüklərin hava nəqliyyatı və dəmir yolu ilə daşınmasını
əhatə edir.
BP şirkətinin layihələr
üzrə vitse-prezidenti
Yuan Drummond müqavilələrlə bağlı demişdir:
"BP operator olaraq ACE layihəsini
etibarlı, səmərəli
və qrafikə uyğun şəkildə
həyata keçirmək
üçün əsas
müqavilələrin ilk paketinin
imzalandığını elan
etməkdən məmnundur.
AÇG sazişinin imzalanmasının
25-ci ildönümünü qeyd etdiyimiz zaman vurğulamaq yerinə düşər ki, əsas nailiyyətlərdən
biri layihələrimizə
yerli resursların yüksək səviyyədə
cəlb olunmasıdır. ACE layihəsi
üzrə imzalanmış
müqavilələr də
bunu aydın şəkildə göstərir.
İmzalanmış bu müqavilələr
AÇG üzrə tərəfdaşların
Azərbaycanın yerli
resurslarından istifadəni
optimallaşdırmaq öhdəliyini
bir daha nümayiş etdirir”.
Beləliklə, bu il
başlanmış və
2022-ci ilin ortalarına
qədər davam edəcək tikinti işləri yerli ehtiyatlardan istifadə edilməklə ölkə
daxilində yerinə yetirilir. Tikinti işlərinin ən qızğın vaxtında
obyektlərdə 8000-ə qədər
iş yerinin açılacağı gözlənilir.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 25 sentyabr.- S. 1; 5.