Azərbaycan və
Litva arasında ikitərəfli əlaqələrin
inkişafı üçün
yaxşı imkanlar var
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Eqidius Navikas fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Eqidius Navikas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra səfirlə söhbət edən Prezident İlham ƏLİYEV dedi:
-Sizi yenidən görməyimə şadam, Azərbaycana xoş gəlmisiniz. Ölkəmizdə sizə xoş günlər arzulayıram. Əminəm ki, Azərbaycanda çalışdığınız müddətdə bizim ənənəvi dostluq münasibətlərimiz uğurla inkişaf edəcək, yeni sahələri əhatə edəcək. Bizim ölkələr yaxşı tərəfdaşlardır, köhnə dostlardır, bir-birimizi çoxdan tanıyırıq və uzun müddət ərzində fəal əməkdaşlıq edirik. Yəqin ki, mənim sizin prezidentlərlə əlaqələrim barədə xəbərdarsınız. Cənab Adamkusla biz Bakıda da, Vilnüsdə də tez-tez görüşmüşük. Eləcə də Prezident Qribauskayte ilə də bizim çox yaxşı münasibətlərimiz olub. Belə ki, bizim əlaqələrimizin tarixi kifayət qədər müsbətdir. Ona görə də düşünürəm ki, münasibətləri irəli aparmaq üçün xeyli işiniz olacaq.
Əməkdaşlığın ənənəvi və yeni sahələri mövcuddur. Əlbəttə, ticari-iqtisadi əməkdaşlıq cəhətdən müəyyən işlər görülməlidir. Əmtəə dövriyyəsini artırmaq mümkündür. Ticari-iqtisadi əlaqələri artırmaq məqsədilə müəyyən işçi qruplar yaratmaq olar. Biz bütün digər istiqamətlərdə də ənənəvi əməkdaşlığı davam etdirmək, tərəfdaşlığı möhkəmləndirmək niyyətindəyik. Əməkdaşlıq həm də hansısa konkret nəticəyə yönəlməlidir. Sizə ölkəmizdə yaxşı günlər və Azərbaycanda fəal işləməyi arzulayıram.
Səfir
Eqidius Navikas dedi:
-Çox sağ
olun cənab Prezident. Mən, ilk növbədə, Sizə Litva Prezidenti cənab Nausedanın ən xoş arzularını, eləcə də Sizin Litvaya səfərinizlə
bağlı dəvəti
çatdırmaq istəyirəm.
Əlbəttə, mənim üçün
Azərbaycanda səfir
olmaq böyük şərəfdir və bundan çox şadam. Mən, həmçinin çox şadam ki, artıq qeyd etdiyiniz kimi, dost münasibətlərin və
əməkdaşlığın sanballı bazası, təməli var. Mən Bakıda olduğum müddətdə xalqlarımızın
çox yaxşı,
müsbət əlaqələrinin
mövcudluğunu hiss etdim.
Səfir Azərbaycan və Litva arasında yüksək səviyyəli
siyasi dialoqun məmnunluq doğurduğunu
bildirdi. Eqidius Navikas ikitərəfli
münasibətlərin müxtəlif
sahələrdə, o cümlədən
iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı
imkanların olduğunu
qeyd etdi. Ölkələrimiz arasında əməkdaşlığın
inkişafında şəhərlərarası
əlaqələrin vacibliyinə
toxunan səfir Litva və Azərbaycanın
3 şəhəri arasında
qardaşlaşma münasibətlərinin
qurulduğunu bildirdi.
Səfir Azərbaycanın
Avropa İttifaqı ilə əlaqələrinə
toxundu və ölkəsinin Avropa İttifaqının "Tvinninq”
layihələri çərçivəsində
Azərbaycanla yaxından
əməkdaşlıq etdiyini
dedi.
Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın
hərtərəfli inkişaf
etdiyini, ötən müddət ərzində
Avropa İttifaqı rəhbərliyinin Azərbaycana
səfərlərini və
özünün Avropa
İttifaqının mənzil-qərargahına
səfərini xatırladaraq
Avropa İttifaqı üzv ölkələrinin
bu əməkdaşlığın
inkişafına verdiyi
dəstəyin yüksək
qiymətləndirildiyini vurğuladı.
Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanın salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Litva Prezidentinə çatdırmağı xahiş
etdi.
Azərbaycan.- 2019.- 25 sentyabr.- S. 2.