Nur-Sultan şəhərində Azərbaycan
Milli Məclisi Sədrinin ATƏT
PA-nın Sədri ilə görüşü
olub
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov sentyabrın 24-də Nur-Sultan şəhərində ATƏT Parlament Assambleyasının (PA) Sədri Georgi Tsereteli ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Milli Məclisin ATƏT Parlament Assambleyası ilə əməkdaşlığının inkişafından məmnunluğunu bildirib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışıb. Milli Məclisin Sədri səmərəli dialoqun davam etdirilməsinin önəmini vurğulayıb.
Georgi Tsereteli Azərbaycana səfərini və ölkəmizdə keçirdiyi məhsuldar görüşləri məmnunluqla xatırlayıb. O bildirib ki, ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir.
Söhbət zamanı Azərbaycanın
ATƏT PA-nın işində məhsuldar iştirak
etdiyi və qurumun fəaliyyətinə
mühüm töhfə verdiyi
qeyd edilib, ATƏT məkanında
parlament əməkdaşlığı
istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyi
vurğulanıb. Həmçinin
qarşılıqlı maraq doğuran digər məsələlərlə
bağlı geniş fikir
mübadiləsi aparılıb.
Azərbaycan.- 2019.- 25 sentyabr.- S. 2.