XİN: Azərbaycan
təmas xəttində baş verən
hadisəni izləyəcək və onu
törədənlər cəzalandırılacaq
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında yer alıb.
"Nazirlərin
görüşünə gəldikdə isə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin
bölgəyə sülh gətirmək və
bölgədə beynəlxalq norma və
prinsiplərə, qaydalara hörmət
edilməsi ilə bağlı səylərini genişləndirməli
olduqları anlayışı ilə mövcud
danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı”, - deyə
açıqlamada qeyd edilir.
Azərbaycan.- 2019.- 25 sentyabr.- S. 4.