Astarada çəltik emalı
zavodu istifadəyə
verilib
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasında
çəltikçiliyin inkişafına
dair 2018-2025-ci illər
üçün Dövlət
Proqramı”na müvafiq
olaraq Astarada çəltik emalı zavodu istifadəyə verilib.
"İmanna” MMC-nin
inşa etdiyi çəltik emalı zavodunun ümumi ərazisi 500, tikinti sahəsi isə 300 kvadratmetrdir. Müəssisənin inşasına 2018-ci ilin iyununda başlanılıb.
Zavodun gündəlik emal gücü 40, çəltik
qurutma gücü isə 10 tondur. Çəltik emalı zavodu
Çin Xalq Respublikasından gətirilmiş
ən müasir avadanlıqla təchiz olunub.
Çəltik məhsulunun emalının
başlıca tələblərindən
biri nəzərdə
tutulan bütün texniki proseslərin vaxtında və keyfiyyətlə həyata
keçirilməsidir. Əvvəllər kifayət qədər qurumayan çəltiyin xeyli hissəsi sıradan çıxır,
düyünün keyfiyyəti
aşağı düşürdü.
İstifadəyə verilən çəltik
emalı zavodunda isə emal prosesi
müasir tələblərə
cavab verir və bu kimi
hallar olmayacaq.
Zavodun məhsul
yığımı kampaniyası
dövründə istifadəyə
verilməsi fermerlər
və məhsul istehsalçıları tərəfindən
böyük razılıqla
qarşılanıb. Onlar çəltik
sahələrindən yığılan
məhsulları birbaşa
emal müəssisəsinə
gətirirlər.
"İmanna” MMC-nin
həmçinin 100 hektar
çəltik sahəsi
var. Bu il müəssisənin
çəltik sahələrinin
hər hektarından
35-40 sentner məhsul götürülməsi proqnozlaşdırılıb.
Rayonda çəltikçiliklə
məşğul olan fermerlər və təsərrüfat sahibləri
yeni emal müəssisəsinin istifadəyə
verilməsini ölkəmizdə
aqrar sahənin, o cümlədən çəltikçiliyin
inkişafına göstərilən
dövlət dəstəyi
kimi dəyərləndirirlər.
Azərbaycan.- 2019.- 25 sentyabr.- S. 5.