Yunus Əmrənin Azərbaycandakı
şagirdləri kimlər olub
Sufiliyin azmanlarından sayılan, "şeyx” və "pir” kimi tanınan Yunus Əmrənin həyatı da ruhu tək qarışıq olub. İbrahimin, Fatimənin, İsmayılın atası, Hacı Bektaşi Vəlinin "Nəfəs verim, bilik verim” təklifinə "buğda ver, nəfəsi yemək, biliklə doymaq olmaz” cavabını verən, sonra ömrünün sonunadək "fanini baqidən üst tutmaqda kor oldum” deyən Yunis Əmrənin Azərbaycanda beş şagirdi var imiş.
Yunus Əmrə
Azərbaycan sevdalı
olub. 600 beytlik "Risalətün Nushiyyə"də
birbaşa adını
çəkməsə də,
Azərbaycandan 19 dəfə
bəhs edib.
Onun ocaq, pir, dərgah
bildiyi iki məkan olub burada: Şirvanda - "Əli ocağı” deyilən bir dərgah, biri də Qax rayonundakı
Oncallı kəndində.
Sufi şeyxi və
fəqih İbrahim Zahidi Geylaninin ən məşhur dərgahı olan kənddən söhbət
gedir.
Bu ocaq 1043-cü ildə
qurulmuşdu və bütün Şərqə
səs salmışdı
və "İrəmi-Xəlvətiyyun”
kimi tanınırdı. "Yoldaş yurdu” da deyirdilər.
Orada üç ay qalan və dərgahın şeyxi Sədr əd Din Xəyyaminin qonağı olan şeyx Yunus burada 5 azərbaycanlı dərvişi özünə
şagird elan edir: gəncəli Abdulla Heyrani, şirvanlı Hüseyn Əli, qarabağlı İlyas Pəhləvan, şamaxılı
Yusif Qəvvas və naxçıvanlı
Həsən Cüneyd.
Yunus Əmrə Qaxı tərk edəndən onun şagirdləri də dərgahdan yola çıxıblar.
M.SADIQZADƏ
Azərbaycan.- 2019.- 25 sentyabr.- S. 6.