“Görkəmli
adamların həyatı” silsiləsindən “Heydər
Əliyev” kitabı burma dilində nəşr
olunub
Milli
Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala
Mirələmovun və Viktor Andriyanovun həmmüəllifləri
olduqları "Görkəmli adamların həyatı” silsiləsindən
"Heydər Əliyev” kitabı Azərbaycanın
Malayziyadakı səfirliyinin təşəbbüsü və
dəstəyi ilə burma (Myanma) dilində nəşr olunub.
AZƏRTAC
xəbər verir ki, kitabda dünya miqyaslı siyasət və
dövlət xadimi, ulu öndər Heydər Əliyevin həyat
və fəaliyyəti, dövlətçilik tariximizdə
misilsiz xidmətləri geniş şəkildə əks
olunub.
Kitab
myanmalı müsəlman iş adamı və xeyriyyəçi
Ko Ko Latt (ədəbi təxəllüsü Shwe O Latt) tərəfindən
tərcümə edilib.
Azərbaycan.- 2019.- 26 sentyabr.- S. 5.