Azərbaycanın
Xarici İşlər nazirinin
BMT-də bir sıra görüşləri
olub
BMT
Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində
Xarici İşlər naziri Elmar Məmmədyarov Marşal
Adaları Respublikasının Xarici İşlər və
Ticarət naziri Con Silk ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, nazirlər iki ölkə arasında əməkdaşlıq
münasibətlərinin müxtəlif aspektləri üzrə
fikir mübadiləsi aparıb və ikitərəfli
münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini
vurğulayıblar.
Tərəflər,
Azərbaycan və Marşal Adaları arasında beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq
məsələlərini müzakirə edib.
Görüşdə,
həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər üzrə məlumat mübadiləsi
aparılıb.
***
Xarici
işlər naziri Elmar Məmmədyarov BMT Baş
Assambleyasının 74-cü sessiyası çərçivəsində
BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi
Migel Anxel Moratinos ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, tərəflər Azərbaycan ilə
Alyans arasında mövcud olan əməkdaşlıq
münasibətləri üzrə fikir mübadiləsi
aparıb. Onlar Azərbaycan və Alyans arasındakı
qarşılıqlı faydalı əməkdaşlığı
yüksək qiymətləndirib və Alyansın müasir
dövrün çağırışlarına qarşı
mübarizədə fəal rol oynamasının zəruriliyini
vurğulayıblar.
Migel
Anxel Moratinos Azərbaycanın müxtəlif dinlər və
etnik qruplar arasında dialoqun, eləcə də multicultural dəyərlərin
təşviqində rolunu və bu xüsusda ölkəmizin təşəbbüsü
ilə həyata keçirilən tədbirləri/konfransları
təqdir edib.
Tərəflər,
həmçinin Qoşulmama Hərəkatının
qarşıdan gələn Bakı Zirvə görüşü
və Azərbaycanın Hərəkata sədrliyi məsələlərini
müzakirə ediblər.
Azərbaycan.- 2019.- 26 sentyabr.- S. 5.