Elmar Məmmədyarov İƏT-in Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib
Azərbaycan
Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov
sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının
74-cü sessiyası çərçivəsində
keçirilən İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun
iclasında iştirak edib.
Xarici
İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov iclasda
çıxış edərək Azərbaycanın beynəlxalq
birliyin məsul üzvü qismində, Cammu və Kəşmir
məsələsinin beynəlxalq hüququn norma və prinsipləri
və BMT-nin müvafiq qətnamələrinə uyğun
olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət
etməklə sülh yolu ilə həllini dəstəklədiyini
vurğulayıb.
Azərbaycan.- 2019.- 26 sentyabr.- S. 5.