Soçidə
QDİƏT Parlament Məclisinin komitə
iclası keçirilir
Rusiya Federasiyasının Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin 54-cü iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatı, Azərbaycanın QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri, QDİƏT PM-in sədr müavini, qurumun Hüquqi və siyasi məsələlər komitəsinin sədr müavini Eldar Quliyev və deputat İlham Əliyev iştirak edirlər.
Tədbirdə nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev "Qara Dəniz İqtisadi Əməkdaşlığı regionunda nəqliyyat marşrutlarının hüquqi və siyasi aspektləri” mövzusunda çıxış edib.
Qeyd edək ki,
sentyabrın 25-i və 26-sı tarixlərində keçiriləcək
iclaslarda müxtəlif mövzular
üzrə müzakirələr aparılacaq, bir
sıra təşkilati məsələlərə
baxılacaq.
Azərbaycan.- 2019.- 26 sentyabr.- S. 5.