Daxili İşlər naziri
Lənkəranda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sentyabrın 25-də Lənkəran Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından müraciət edən 42 nəfər iştirak edib.
Vətəndaşları şəxsən dinləyən
nazir onları narahat
edən problemlərin operativ şəkildə,
mövcud qanunvericiliyə uyğun
həlli üçün aidiyyəti baş idarə və xidmət rəislərinə
konkret tapşırıqlar verib. Müraciətlərin böyük
əksəriyyəti elə yerindəcə həllini
tapıb.
Azərbaycan.- 2019.- 26 sentyabr.- S. 5.