Beynəlxalq
Maliyyə Korporasiyası: Dövlət Neft
Fondu təcrübəli investordur
və bazarda özünü
doğruldub
"Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) artıq təcrübəli investordur və bazarda özünü doğruldub”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankes sentyabrın 26-da Bakıda keçirilən "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” adlı konfrans çərçivəsində jurnalistlərə müsahibəsində deyib.
O bildirib: "Müsbət təsirli investisiyalar hazırda dünyada çox mühüm əhəmiyyət kəsb edir və onlara institusional investorlar tərəfindən böyük diqqət yetirilir. Həmin investisiyalar həm sosial və ətraf mühitə müsbət təsiri olan, eyni zamanda, yüksək gəlir gətirən investisiyalardır ki, bu da investorların bir çox tələblərini ödəməyə imkan verir. Bunlar uzunmüddətli investisiyaları təşviq edən investisiyalardır”.
Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti qeyd edib ki, Azərbaycan
Respublikası Dövlət Neft Fondu artıq təcrübəli investordur və bazarda özünü doğruldub.
Neft Fondu Beynəlxalq
Maliyyə Korporasiyasının ilk
investorlarındandır və yaxşı inkişaf
yolu keçib. ARDNF-in fəaliyyətini müsbət və uğurlu saymaq olar.
Azərbaycan.- 2019.- 27 sentyabr.- S. 2.