YAP böyük güc, böyük iradədir

 

Əli ƏHMƏDOV: "Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin ideyalarını, Prezident İlham Əliyevin siyasi xəttini layiqincə davam etdirmək potensialına malikdir

 

Sentyabrın 26-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin və fəallarının iştirakı ilə müşavirə keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

 

Abşeron böyük inkişafquruculuq yolu ilə inamla addımlayır

 

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Abşeron rayonunun Qarabağ müharibəsi əlillərindən ibarət futbol klubunun üzvləri ilə görüşdülər. YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov dövlətin Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyi qayğıdan bəhs etdi və onların daim Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirdi.

Müşavirədən əvvəl YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov partiyanın bir qrup fəal gənc üzvü ilə görüşdü. Tədbirdə giriş sözü ilə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirdi ki, Prezident İlham Əliyevin müdrik siyasəti və fəaliyyəti nəticəsində bütün sahələrdə qazanılmış uğurlar abşeronluları da ürəkdən sevindirir. Rayonda həyata keçirilən tədbirlərdən danışan RİH başçısı əldə olunan nailiyyətlər barədə məlumat verdi. Bildirdi ki, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkənin bütün bölgələri kimi, Abşeron rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülübbu işlər hazırda yüksək əzmlə davam etdirilir. Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı sayəsində son illərdə rayon ərazisində olduqca mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuşuğurla başa çatdırılmışdır. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq bağçaları, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, parklar, inzibati binalar rayonun simasını tamamilə dəyişmişdir. Bu dövrdə həm ayrı-ayrı dövlət proqramlarından, həm yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək rayonda çoxsaylı xidmət və istehsal sahələri fəaliyyətə başlamışdır.

Qeyd olundu ki, Prezident İlham Əliyevin apardığı siyasətin mahiyyətinə uyğun olaraq rayonda qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə və keyfiyyətlə aparılması, təhsil-səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır. Eyni zamanda dövlət gənclər siyasəti ilə bağlı məsələlər Abşeron rayonunda diqqət mərkəzində saxlanılır. Rayonun ictimaisosial-iqtisadi həyatında gənclərin fəallığının daha da artırılması üçün lazımi tədbirlər həyata keçirilir.

 

Gənclər cəmiyyətin aparıcı qüvvəsidir

 

Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsini təşkil edir. Onun sözlərinə görə, Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir. Bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq. Bunun üçün də gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, dərin biliklərə yiyələnməkdir. Baş nazirin müavini deyib: "Ölkədə gənclərin yaxşı təhsilə sahib olmaları üçün bütün imkanlar yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir. İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin ideyalarını, Prezident İlham Əliyevin siyasi xəttini layiqincə davam etdirmək potensialına malikdir”.

Əli Əhmədov Azərbaycanın keçdiyi inkişaf yolu ilə bağlı gənclərə geniş məlumat verdi, uğurlu siyasət nəticəsində ölkəmizi daha firavan gələcək gözlədiyini diqqətə çatdırdı. Müstəqilliyimizin ilk illərindən danışan Əli Əhmədov dedi ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, inflyasiyanın səviyyəsi 1600 faiz idi, ölkədə xaos, anarxiya baş alıb gedirdi. Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Həmin dövrdə Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasiiqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirdi. Baş nazirin müavini qeyd etdi ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoydu. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi” isə ölkəmizin inkişafında mühüm rol oynadı. Belə ki, Ümummilli Liderimizin müəllifi olduğu neft strategiyası Azərbaycanın hərtəfli inkişafının bünövrəsini təşkil edən YAP Sədrinin müavini bildirdi ki, bu gün Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Əli Əhmədov qeyd etdi ki, son illər Azərbaycan iqtisadiyyatı bir neçə dəfə artıb. Təbii ki, iqtisadiyyatın inkişafı dövlətin sosial siyasətinin daha da güclənməsinə zəmin yaradır. Bu mənada əhalinin rifah halının yüksəlməsi istiqamətində atılan addımlar bunun əyani göstəricisidir. Bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə ölkəmizdə əməkhaqların, təqaüdlərin, sosial müavinətlərin və digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırıldığını deyən Baş nazirin müavini bildirdi ki, qayğıya ehtiyacı olan insanlara dövlət lazımi diqqət göstərir. Onun sözlərinə görə, hər bir ailə bu artımlardan faydalanır. Azərbaycan dövləti gücləndikcə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq.

Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən Əli Əhmədov ölkəmizin dünyadaregionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini söylədi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Baş nazirin müavini dedi ki, ölkəmiz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Onun sözlərinə görə, işğalçı Ermənistan münaqişənin həllini uzatmağa çalışır: "Azərbaycanın güclü ordusu var və torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. Amma dövlətimiz qan tökülməsini istəmir. Çünki müharibə insan itkisi, dağıntı, fəlakət deməkdir. Ona görə də sülh imkanları tükənməyibsə, bu imkanlardan sona qədər istifadə olunmalıdır. Əlbəttə ki, sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etmək haqqından istifadə edəcək”.

Azərbaycanın dünyanın ən uğurlu gənc dövlətlərindən biri olduğunu deyən Əli Əhmədovun fikrincə, bugünkü gənclik müstəqil, güclü Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur. Gənclər aparıcı qüvvə kimi cəmiyyət həyatında mühüm rol oynayırlar. Yeni Azərbaycan Partiyasının qapıları da gənclərimiz üçün həmişə açıqdır.

Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən YAP Sədrinin müavini həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd etdi. Bu vasitələrin birisosial şəbəkələrdir. Xaricdə özünü mühacir adlandıranlar müəyyən qüvvələrin maraqlarına xidmət edərək ölkəmizin, dövlət rəhbərliyinin imicinə zərbə vurmağa çalışırlar. YAP Sədrinin müavini vurğuladı ki, belə kampaniya aparanlar cəmiyyətimizdə ifşa olunmalıdırlar. Ona görə də partiyamızın üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. O cümlədən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətləri ifşa olunmalıdır. Gənclər bu prosesdə fəal iştirak etməlidirlər.

 

YAP qarşıdakı bələdiyyə seçkilərində də böyük uğur qazanacaq

 

YAP Sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ölkəmizdə gəncliyin inkişafına göstərilən diqqət və qayğıdan danışdı, Azərbaycanın gələcəyinin parlaq olduğunu bildirdi. Çünki ölkəmizdə sağlam, vətənpərvər, intelektual gənc nəsil formalaşıb. O, son illər gənclərin elm sahəsinə marağının artmasını da yüksək qiymətləndirdi.

Görüşdə çıxış edən gənclər ictimai-siyasi proseslərlə bağlı fikirlərini bildirdilər. Qeyd olundu ki, bu gün Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib, dövlət başçısının həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir.

Abşeron RİH başçısı İradə Gülməmmədova bildirdi ki, abşeronlu gənclər Prezident İlham Əliyevin tövsiyə və nəsihətlərini rəhbər tutaraq bundan sonra da cəmiyyət həyatının bütün sahələrində fəal olacaq, dövlətə və dövlətçiliyə xidmət edəcəklər.

Görüşdən sonra YAP Abşeron rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrlərinin və fəallarının iştirakı ilə müşavirə keçirildi. Çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirdi ki, bu tədbirin keçirilməsində məqsəd partiyanın yerli strukturlarının işinin daha da gücləndirilməsi ilə əlaqədardır: "YAP 750 minə yaxın Azərbaycan vətəndaşını öz sıralarında birləşdirir. Bu əhəmiyyətli siyasi ordu kimi də səciyyələndirilə bilər. Bu, sadəcə bir statistika deyil. Bu, böyük gücböyük iradədir. Eyni zamanda bu, Azərbaycan vətəndaşlarının YAP-a, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətin ifadəsidir”.

Baş nazirin müavini bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək partiyanın seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirdi. YAP-ın böyük resurslarının və seçki təcrübəsinin olduğunu diqqətə çəkərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə etdi.

Müşavirədə bələdiyyə seçkilərinə hazırlıq və ictimai-siyasi məsələlərlə bağlı tövsiyə və tapşırıqlar verildi.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 27 sentyabr.-  S. 4.