BSU-nun tələbələri
ikili diplom alacaqlar
Bolqarıstan Respublikasının Müqəddəs
Kiril və Mefodiy adına
Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolovun rəhbərliyi altında beş nəfərdən ibarət
nümayəndə heyəti
Bakı Slavyan Universitetinə (BSU) beşgünlük
ezamiyyətə gəlib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, rektor, professor Nurlana Əliyeva qonaqlarla görüşdə
Bolqarıstanla Azərbaycan
arasında dostluq münasibətlərinin tarixindən,
müstəqillik dönəmində
iki dövlət arasında münasibətlərin
yeni mərhələyə
daxil olmasından bəhs edib. N.Əliyeva Bolqarıstanın Veliko Tırnovo Universitetində
tələbə-müəllim heyəti ilə keçirdiyi görüşləri
xatırladıb. O, həmin
görüşdə adıçəkilən
universitetdə Azərbaycan
dili mərkəzinin yaradılması və Azərbaycan dilinin seçmə fənn kimi tədris edilməsi barədə razılaşma əldə
etdiklərini bildirib. Rektor, həmçinin Bolqarıstanın Birinci vitse-prezidenti İliyana Yotovanın BSU ilə Bolqarıstan ali
məktəblərinin qarşılıqlı
münasibətlərində xoşməramlı səfir
kimi hər zaman dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Veliko Tırnovo
Universitetinin rektoru Xristo İliev Bondjolov Bolqarıstanın
Azərbaycanla tarixən
dostluq əlaqələrinə
malik olduğunu bildirib. Rektor Bakı ilə
bağlı ilk tanışlıq
təəssüratını bölüşərkən Azərbaycan
paytaxtının dünyanın
ən müasir meqopolisləri ilə yanaşı dayanmağa layiq bir şəhər
olduğunu vurğulayıb.
O, Bakıda tarix ilə müasirliyin, Avropa və Şərq memarlığının
yüksək harmoniyasını
gördüyünü, İçərişəhərin
son dərəcə cəlbedici
olduğunu qeyd edib. Qonaq qısa müddətdə
Bakının inkişafına
və tərəqqisinə
xüsusi diqqət yetirildiyinin şahidi olduğunu bildirib. O,
son illərdə tikilən
memarlıq abidələrinin,
müasir tipli binaların, körpülərin
insanı heyrətə
gətirdiyini deyib.
Sonra rektorlar
universitetlər arasında
ikitərəfli müqavilə
imzalayıblar. Müqavilənin əsas şərtlərindən
biri BSU tələbələrinə
ikili diplomların verilməsi olacaq. Bundan əlavə, müqavilədə
tələbə mübadiləsi
aparılması, bolqarşünaslıqla
məşğul olan gənclərin adıçəkilən
universitetdə təcrübə
keçməsi və
digər məsələlər
nəzərdə tutulur.
Qeyd edək
ki, qonaqlar üçün maraqlı
elmi-tədris, gəzinti–istirahət
proqramı nəzərdə
tutulur.
Azərbaycan.- 2019.- 27 sentyabr.- S. 4.