M.A.Talıbovun Azərbaycan
Respublikasının Meksika Birləşmiş
Ştatlarında fövqəladə və səlahiyyətli səfiri
təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 sentyabr 2019-cu il
Azərbaycan.- 2019.- 28 sentyabr.- S. 2.