Etibar NƏCƏFOV: “Azərbaycanda multikulturalizm siyasəti cəmiyyətdə sosial ədalətin və bərabərliyin bərqərar olmasının əsas amillərindəndir”

 

Parisdə İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyasının baş qərargahında Fransanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) 25-ci ildönümünə həsr olunan "Səmərəli bərabərliyə aparan yolda: irqçilik və dözümsüzlüyə yeni cavablara ehtiyac varmı?” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, yüksək rütbəli hökumət rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri konfransda Avropa Şurasına üzv ölkələrdə irqçilikdözümsüzlüyün artmasında mövcudyeni çağırışların qarşısının alınması məsələləri müzakirə olunub.

Konfransda ölkəmizi Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib. O, "25 ildən sonra reallığa baxış: biz bərabərlik uğrunda aparılan mübarizədə uduruq, yoxsa uduzuruq” adlı sessiyada çıxış edərək, Azərbaycanın timsalında inklüziv cəmiyyətin qurulmasına nail olmağın səmərəli vasitəsi kimi multikulturalizm siyasətinin əhəmiyyətindən danışıb.

E.Nəcəfov ölkəmizin təcrübəsinə əsaslanaraq bildirib ki, multikulturalizm siyasəti cəmiyyətdəki etnik, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinin ən uğurlu modelidir. Multikulturalizm siyasəti qloballaşma şəraitində geniş vüsət alan etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlib. Bu, mədəniyyətin ictimai inkişafda aparıcı rol oynadığı bir dövrdə olduqca önəmlidir. Belə bir şəraitdə insanların dünyagörüşünün, fəaliyyətlərinin əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunması cəmiyyətin inklüzivliyini artıraraq onun daxilində inteqrasiya prosesləri üçün əlverişli şərait yaradır.

Şöbə müdiri multikulturalizmin Azərbaycan Respublikasının həm daxili, həm də xarici siyasətində özünü büruzə verdiyini qeyd edib. E.Nəcəfov bildirib ki, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyəsi və ölkədə yaşayan bütün xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunması multikulturalizmdaxili siyasətin tərkib hissəsi olmasının təzahürləridir. Qeyd edib ki, sosial ədalətə və bərabərliyə əsaslanan multikulturalizm siyasəti inklüziv cəmiyyətin formalaşmasına aparan əsas amillərdən biridir.

 

Azərbaycan.- 2019.- 28 sentyabr.- S. 3.