Lyon məhkəməsi qondarma Dağlıq Qarabağ rejimi ilə imzalanmış daha ikidostluq xartiyası”nı ləğv edib

 

Lyon İnzibati Məhkəməsi Sent-EtyenDesin-Şarpyö şəhərləri ilə Azərbaycanın 25 ildən artıq işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış iki "xartiya”nı ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Lyon İnzibati Məhkəməsinin saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilib ki, 2018-ci il oktyabrın 21-də Sent-EtyenŞuşa, eləcə də 2017-ci il sentyabrın 25-də Desin-ŞarpyöÇartar şəhərləri arasında imzalanmış "dostluq xartiyaları” Luar (Loire) və Ron (Rhone) prefekturaları tərəfindən ləğv olunub.

Məhkəmə hesab edib ki, aidiyyəti şəhərlər arasında münasibətlərin inkişafını nəzərdə tutan "dostluq xartiyaları” əməkdaşlıq fəaliyyətindən ibarətdir. Buna görə də Fransanın beynəlxalq öhdəliklərinə riayət edilməsi baxımından bu "xartiyalarimzalana bilməz.

Hakimlər bildiriblər ki, Fransa ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağı tanımamaq öhdəliyi götürüb. Buna görə də həmin öhdəlik Fransa hakim dairələrindən bu münaqişə ilə bağlı neytral mövqe tələb edir. Nəticədə Fransa kommunalarının merləri Fransanın beynəlxalq öhdəliklərini bilmədən bu "dostluq xartiyaları”nı imzalayıblar.

Məhkəmə bu "xartiyalar”ın ləğv olunması ilə bağlı qərar qəbul edib.

 

Azərbaycan.- 2019.- 28 sentyabr.-  S. 4.