Naftalanda sərgi-satış yarmarkası təşkil olunub

 

Naftalanda Kiçik Orta Biznesin İnkişafı Agentliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik orta sahibkarların məhsul xidmətlərinin sərgi-satış yarmarkası keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, mikro, kiçik orta sahibkarların məhsul xidmətlərinin təqdim edilməsi satış imkanlarının genişləndirilməsi məqsədilə keçirilmiş sərgi-satış yarmarkasında əsasən qadın sahibkarların məhsulları əl işləri nümayiş olunub. Ümumilikdə sərgi-satış yarmarkasında 30-dək KOB subyektinin 50-dən çox çeşiddə məhsulları sərgilənib.

Qeyd edək ki, sərgi-satış yarmarkası İqtisadiyyat Nazirliyi, Avropa İttifaqı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə həyata keçirdiyi "Gəncə-Qazax iqtisadi rayonunda yerli regional inkişafa dəstəklayihəsi çərçivəsində keçirilən "Azərbaycanda regional inkişafmövzusunda tədbir çərçivəsində təşkil edilib.

 

Azərbaycan.- 2019.- 28 sentyabr.-  S. 5.