Hesablama Palatasında nəzarət tədbirləri
üzrə auditor hesabatlarına dair müzakirələr aparılıb
Hesablama Palatasının kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabatlar "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası və dövlət əmlakından istifadəyə, Abşeron Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılmış vəsaitlərin istifadəsinə dair məsələləri əhatə edib. Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərar qəbul olunub.
Nəzarət tədbirlərinin
nəticələri üzrə qərarın icrasını təmin
etmək məqsədilə aidiyyəti qurumlara
kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq
məlumatın təqdim olunması qərara alınıb.
Azərbaycan.- 2019.- 28 sentyabr.- S. 6.