Elmar Məmmədyarov: Azərbaycan Qrup 77 təşkilatına töhfə verməyə
hazırdır
Nyu-York
şəhərində keçirilən BMT Baş
Assambleyasının iclası çərçivəsində
Azərbaycan Respublikasının Xarici İşlər naziri
Elmar Məmmədyarov Qrup 77 (G-77) təşkilatının
43-cü illik iclasında iştirak edib.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan G77 qrupuna təşkilatın
135-ci üzvü qismində qoşulub.
Əsas məqsədi beynəlxalq inkişaf və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı birgə mövqedən çıxış etmək olan və sıralarında bu günədək 134 üzv ölkəni birləşdirən G77, iqtisadi və sosial məsələlər üzrə BMT-dən sonra dünyanın ən çox dövlətini bir araya gətirən birlikdir. BMT çərçivəsində fəaliyyət göstərən bu təşkilat inkişaf etməkdə olan ölkələrin mövqeyini, o cümlədən BMT-nin dayanaqlı inkişaf məqsədlərinin icrası istiqamətində inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmək və bu istiqamətdə BMT-nin bütün qərargahlarında birgə mövqedən çıxış etmək məqsədi güdür.
G77 qrupun
iclasında çıxışı zamanı nazir Elmar Məmmədyarov
Azərbaycanın bu təşkilata fəal
töhfə verməyə hazır olduğunu
və Qoşulmama Hərəkatına sədrliyi
dövründə bu iki
təşkilat arasındakı münasibətlərin və əlaqələndirmənin
inkişafı istiqamətində səylər göstərəcəyini
bəyan edib.
Azərbaycan.- 2019.- 29 sentyabr.- S. 2.