İkinci Nəsimi - şeir,
incəsənət və mənəviyyat Festivalı çərçivəsində
professor Aleksey Sitnikovun məruzəsi dinlənilib
İkinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində rusiyalı professor Aleksey Sitnikovun "Karmalogic (Karma məntiqi). Taleyin 54 qanunu” mövzusunda mühazirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, mühazirəni dinləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Mühazirəsinin əvvəlində Aleksey Sitnikov deyib: "Bu gözəl, öz möcüzəli təmizliyi, mədəniyyəti, tarixi, müasirliyi ilə insanı valeh edən Bakı şəhərinə dəvət edildiyimə görə təşəkkürümü bildirirəm. Təəccüblü deyil ki, məhz bu şəhərdə müdrikliyin və sənətin təntənəsini Nəsimi festivalında qeyd edirik. Nəsimi öz həyatı ilə düşüncənin dəyərlərə, dünyagörüşünə, tarixə söykəndiyini sübut edib. Buna görə də bu festivalın təşkilatçılarına heyranlıqla təşəkkür etmək istəyirəm”.
Rusiyalı alim taleyə münasibətdə dini, magik, okkultist, karma, rasionalist modelləri qeyd edib. Hər bir
model haqqında ətraflı
məlumat verən məruzəçi insan taleyi ilə bağlı bir sıra qanunları diqqətə çatdırıb.
Professor Aleksey Sitnikovun fikrincə, məqsəd insan taleyində mühüm amildir.
"Əgər insanın
məqsədi olmasa, onu başqası idarə edəcək”, - söyləyən mühazirəçi,
həmçinin şübhə,
xaos, ölüm, hazırlıq, bacarıq və digər qanunlar haqqında fikirlərini bölüşüb.
Qeyd edib ki, qərar
qəbulundan sonra şübhə yolverilməzdir.
"Heç bir kurs, mühazirə,
kitab insanı lider etmir. İnsanı
lider edən həyatdır”, - söyləyən
professor fikrini həyati
misallarla əsaslandırıb.
O, daha sonra dinləyicilərin suallarını
cavablandırıb.
Aleksey Sitnikov 1962-ci ildə
Novosibirskdə anadan olub. Onun təhsil tarixçəsinə
Novosibirsk Dövlət Universiteti
(ixtisas - insan psixologiyası), Rusiya Federasiyasının Prezidenti
yanında Rusiya Dövlət Xidməti Akademiyasında aspirantura və doktorantura, Dövlət İdarəetmə
Akademiyasında doktorluq,
Ali İqtisadiyyat Məktəbi
Milli Tədqiqat Universitetində MBA təhsilləri
daxildir. O, Moskva Dövlət Universitetinin,
Rusiya Dövlət Xidməti Akademiyasının,
Moskva Dövlət Beynəlxalq Əlaqələr
İnstitutunun, Dövlət
İdarəetmə Akademiyasının,
Ali İqtisadiyyat Məktəbi
Milli Tədqiqat Universitetinin professorudur. Altmışdan çox nəşr
və tədqiqatın,
11 monoqrafiya daxil olmaqla, psixologiya, akmelogiya, siyasi elmlər, PR üzrə təcrübi işlərin
müəllifi və həmmüəllifidir. Rusiyanın ən
böyük tədqiqat
mərkəzi İSANT-ın
(Vəziyyət Təhlili
və Yeni Texnologiyalar İnstitutu) təsisçisidir.
Azərbaycan.- 2019.- 29 sentyabr.- S. 3.