İbrahim Karaosmanoğlu:
Prezident İlham
Əliyevin Türkiyədə “İlin
dövlət başçısı” seçilməsi qürurverici hadisədir
Prezident İlham Əliyev Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə inkişafında, Türkiyə ilə əlaqələrin daha da güclənməsində mühüm işlər görüb. Azərbaycan və Türkiyə prezidentləri iki qardaş olaraq bütün çətinlikləri birgə aradan qaldırırlar, nailiyyətlərə birlikdə imza atırlar. Prezident İlham Əliyevin Türkiyədə "İlin dövlət başçısı” seçilməsi bizim üçün qürurverici hadisədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kocaeli Böyükşəhər Bələdiyyəsinin və Türk Dünyası Bələdiyyələr Birliyinin sədri İbrahim Karaosmanoğlu bildirib.
Sədr qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin güclənməsi yerli özünüidarəetmə qurumlarımızın əməkdaşlığının inkişafına da imkan yaradıb. Türk Dünyası Bələdiyyələr Birliyi Azərbaycanla yanaşı, 26 ölkənin bələdiyyələri ilə birlikdə layihələr üzərində işləyir. Ancaq Türkiyə bu ölkələr arasında ən yaxın tərəfdaşı kimi Azərbaycanla daha vacib işlər görür. Hər iki ölkə bir-birinin təcrübəsindən istifadə edir. Məhz bunun nəticəsidir ki, bu gün Türkiyə və Azərbaycanın qardaşlaşmış bələdiyyələri var.
Kocaeli Böyükşəhər
Bələdiyyəsinin sədri bildirib ki, qardaş ölkələrimiz
hər zaman bir-birinin
yanındadır. Türkiyə Azərbaycanın Dağlıq
Qarabağ münaqişəsinin həlli
ilə bağlı mövqeyini hər zaman dəstəkləyib və dəstəkləyəcək.
Bu gün türk dünyası daha da güclənməlidir. Türk
dünyası nə qədər güclü
olarsa Dağlıq Qarabağ
münaqişəsi kimi məsələlər
də öz həllini tez
tapar. Bu gün Türkiyədə hər kəs ermənilərin
Dağlıq Qarabağda törətdikləri
barədə məlumatlıdır. Bu məsələdə
bələdiyyələrin də rolu böyükdür. Türkiyənin müxtəlif
bələdiyyələrinə məxsus ərazilərdə
Xocalı və Qarabağ şəhidlərinə
aid abidələr, parklar
var.
Azərbaycan.- 2019.- 6 yanvar.- S. 1.