Xatirələrdə izi qalıb

 

Oğlum Adil Tatarov keçən ilin may ayının 20-də Naxçıvan Muxtar Respublikasında düşmən təxribatının qarşısını alarkən həlak olub. Ailəmizə ağır itki üz verdiyi həmin günlərdə qohum-əqrəba, tanış-biliş, rayon rəhbərliyi daim yanımızda olub, kədərimizə şərik çıxdılar.

Bir müddət sonra rayonda Adilin doğum günü geniş qeyd olundu. Xatirəsinə həsr olunmuş idmanın karate-do növü üzrə rayon birinciliyi keçirildi. Vaxtilə təhsil aldığı Qıraq Kəsəmən kənd orta məktəbinin idman zalında keçirilən yarışda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan ordu quruculuğundan danışdı. Oğlumun, eləcə də onun kimi yüzlərlə şəhidin qəlblərdə daim yaşayacağını söylədi.

Digər çıxış edənlər şəhid Adil Tatarovun idmanın karate-do növündə qazandığı uğurlardan söhbət açdılar. Turnirdə Ağstafa ilə yanaşı, Bakı, Gəncə şəhərlərinin, Göygöl, Şəmkir, TovuzQazax rayonlarının idmançıları da mübarizə apardılar. Maraqlı keçən yarışda Gəncə idmançıları 1-ci, Ağstafa idmançıları 2-ci, Qazax idmançıları 3-cü yeri tutdular. Qaliblərə medallardiplomlar təqdim olundu.

Hörmətli redaksiya!

Dediyim odur ki, bizim ailə də digər şəhid ailələri kimi, dövlət tərəfindən hər cür diqqət və qayğıyla əhatə olunmuşdur. Belə qayğıya görə ölkə rəhbərinə, oğlumun xatirəsini əziz tutanlara ailəmiz adından minnətdarlığımı bildirirəm.

 

Əli TATAROV

 

Azərbaycan.- 2019.- 6 yanvar.- S. 4.