Dünyanın
ehtiram göstərdiyi LİDER
Azərbaycanın nümunəsində beynəlxalq səviyyədə etiraf olunan faktlardan biri respublikamızın müstəqil siyasət həyata keçirməsidir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi mövqelərini gücləndirib, dünyada söz sahibinə, regionda liderə çevrilib.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə təmin edir. Eyni zamanda, dövlət rəhbəri hər cür xarici təsirə, çirkin kampaniyaya, şərəfsiz qarayaxmaya sinə gərib, heç zaman güzəştə getməyib. Cənab Prezident dəfələrlə bəyan edib ki, yürütdüyü müstəqil siyasət və dövlətimizin milli maraqları heç bir halda kənar diktəyə məruz qalmayacaq. Prezidentin qətiyyətli mövqeyi Cənubi Qafqazda hər hansı taleyüklü məsələnin həllində, transmilli layihənin reallaşmasında Azərbaycanın iştirakı və razılığı olmadan konkret nəticə əldə edilməsi mümkünsüzdür. İndi Azərbaycan təkcə mövcud olduğu yox, MDB, Şərqi Avropa kimi böyük bir coğrafi ərazidə də əsas nüfuz sahiblərindən biri kimi çıxış edir.
Təcrübəli
və uzaqgörən siyasi xadim
Bu günlərdə doğum günü münasibətilə cənab İlham Əliyevə gələn təbrik məktubları Azərbaycan Prezidentinin dünya miqyasında qəbul edilən nüfuzlu siyasətçi olmasından, prinsipial dövlət başçısı kimi tanınmasından xəbər verir. Məsələn, səmimi təbriklərini çatdıran Rusiya Prezidenti Vladimir Putin məktubunda Prezident İlham Əliyevi təcrübəli və uzaqgörən siyasi xadim adlandırır: "Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanmısınız. Dövlətlərimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfəniz əvəzsizdir.
Vladimir Putin həmçinin yaranmış münasibətləri yüksək qiymətləndirir və Prezident İlham Əliyevlə konstruktiv dialoqun və sıx birgə işin davam edəcəyinə ümid bəslədiyini qeyd edir.
"Bu gün qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın bütün sahələrində tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Ölkənin daxili və xarici siyasətindəki inamlı uğurlar Sizin adınızla ayrılmaz surətdə bağlıdır”. Bu fikirlər Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubunda yer alıb. Məktubda o da qeyd olunur ki, bu yaxınlarda Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri qardaş xalqlar arasında dostluq tellərinin möhkəmlənməsi, ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının dərinləşməsi yolunda mühüm mərhələ oldu.
Ukrayna Prezidenti Petro Poroşenko da Azərbaycan Prezidentini
təbrik edib.
Onun məktubunda yazılır: "Uzaqgörən siyasətiniz
və həyata keçirdiyiniz mühüm işlər sayəsində
Azərbaycan qlobal miqyasda milli maraqlarını müdafiə
edərək güclü regional liderə çevrilmiş,
beynəlxalq arenada önəmli yer tutmuşdur”. Petro Poroşenko əmin olduğunu bildirir ki,
Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə
də yüksək dinamikası, eləcə də dövlətlərimiz
və xalqlarımız arasında qarşılıqlı əlaqələrin
dərinləşməsi ilə xarakterizə ediləcək.
"Azərbaycan Respublikasının Prezidenti vəzifəsində
çoxşaxəli fəaliyyətiniz Sizə, haqlı
olaraq, həm öz ölkənizdə, həm də onun
hüdudlarından uzaqlarda hörmət qazandırıb”. Bunu isə
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon
yazır.
Əmin olduğunu bildirir ki, Tacikistan ilə Azərbaycan
arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinə
əsaslanan çoxşaxəli əməkdaşlıq
münasibətləri xalqlarımızın köklü mənafelərinə
uyğun olaraq bundan sonra da möhkəmlənəcək və
inkişaf edəcək.
Prezident
İlham Əliyevi təbrik edənlər arasında
keçmiş dövlət başçıları da var.
Onlardan 2003-2018-ci illərdə Monteneqronun prezidenti olmuş
Filip Vuyanoviç yazır: "Dost Azərbaycanın tərəqqisinin
təmin edilməsində və nüfuzunun artmasında xidmətləriniz
əvəzsizdir və daim hörmətə layiqdir. Çox dəyərli atanızın yolunu davam etdirərək
beynəlxalq aləmdə dövlətinizin nüfuzunun
yüksəlməsi ilə və bir çox sahələrdə
digərləri üçün örnək olacaq nailiyyətlərlə
iftixar duya bilərsiniz”.
1994-2005-ci
illərdə Ukrayna prezidenti olmuş Leonid Kuçma:
"Sizin dövlət başçısı vəzifəsində
səmərəli fəaliyyətiniz ən yüksək qiymətə
layiqdir. Siz öz işinizdə yalnız
müstəqil Azərbaycanın mənafelərini əsas
götürürsünüz. Siz dövlətçiliyi
möhkəmləndirir, ölkənizdə iqtisadi artım
üzərində çalışır, innovasiyalı
inkişafı təmin edirsiniz. Sizin rəhbərliyinizlə
Azərbaycan regionda sabitliyə və sülhün möhkəmlənməsinə
sanballı töhfə verir”.
Prinsipial, güclü və iradəli
rəhbər
"Sizin adınız Azərbaycanda, regionda və
bütün dünyada öz ölkəsini inkişaf və
firavanlıq, vətəndaş həmrəyliyinin və əmin-amanlığın
təmin edilməsi yolunda qətiyyətlə irəli aparan
prinsipial, güclü və iradəli rəhbər
assosiasiyası doğurur”. Bu fikirlər MDB
İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey
Lebedevin Prezident İlham Əliyevə təbrikində yer
alıb.
Məktubda
daha sonra yazılır: "Sizin yüksək intellektual
potensialınız, geniş təfəkkürünüz və
dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəniz
dinamik inkişaf edən müasir reallıq şəraitində
optimal qərarlar qəbul etməyə imkan verir. Sizin rəhbərliyinizlə həyata keçirilən
strateji kurs Azərbaycanın beynəlxalq arenada nüfuzunun və
rolunun durmadan yüksəldilməsinə yönəlib. Ölkənin iqtisadi potensialının möhkəmlənməsi,
insanların həyat keyfiyyətinin
yaxşılaşdırılması Sizin Prezident vəzifəsində
səmərəli işinizin dəyişməz prioritetləri
olub və yenə də belədir”.
Sergey Lebedev əmin olduğunu bildirir ki, İlham
Əliyevin qərarlar qəbul olunmasında və hər bir
işdə nümayiş etdirdiyi siyasi iradə və
müdriklik güclü və inkişaf etmiş dövlət
yaratmağa, Müstəqil Dövlətlər Birliyi məkanında
qarşılıqlı inteqrasiyanın möhkəmlənməsinə
bundan sonra da kömək edəcək.
Rusiya
Federasiyası Prezidenti Administrasiyası rəhbərinin
müavini Maqomedsalam Maqomedov isə Prezident İlham Əliyevi
Xəzər regionunda sabitliyin qarantı adlandırır:
"Siz müdrik və məsuliyyətli, öz vətəndaşlarının
firavanlığının qeydinə daim qalan, Xəzər
regionunda sabitliyin qarantı kimi çıxış edən,
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası
arasında ikitərəfli əlaqələrin strateji
inkişafını hədəf seçmiş rəhbər
kimi haqlı olaraq yüksək nüfuz və hörmət
qazanmısınız”.
Rusiya
Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin
müavini İlyas Umaxanov təbrikində Prezident İlham
Əliyevin müdrikliyinin və siyasi uzaqgörənliyinin
heyranlıq doğurduğunu yazır: "Mən bilirəm
ki, Sizin üçün hakimiyyət əsas məqsəd
deyil, yalnız öz xalqına, doğma ölkəsinə
real fayda vermək imkanıdır. Bu gün Siz
Azərbaycanı yeniləşmə və inkişaf yolu ilə
irəli aparırsınız, bu diyarda sülhün, təhlükəsizliyin
və əmin-amanlığın təmin olunması
üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın
hazırkı sabit, uğurlu inkişafı daha çox Sizin adınızla bağlıdır. Bu, dahi atanız Heydər Əliyevin işlərinin
davamıdır”.
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri
Vladimir Vasilyev isə təbrikində Prezident İlham
Əliyevin uğurlara imza atmış bir dövlət xadimi
kimi Azərbaycan Respublikasında sabitliyin və
firavanlığın qarantı olduğunu qeyd edir. "Sizin
müdrikliyiniz, uzaqgörənliyiniz və geniş
dünyagörüşünüz sayəsində bu gün Azərbaycan
Respublikası dinamik inkişaf edən bir dövlətdir” deyə
Dağıstanın rəhbəri yazır. Onu da qeyd edir ki, Rusiyanın Dağıstan
Respublikası ilə Azərbaycan Respublikası arasında
çoxəsrlik dostluq tellərinə və
qarşılıqlı hörmətə əsaslanan səmimi
və mehriban qonşuluq münasibətləri
xalqlarımızın mənafeyi naminə bundan sonra da
genişlənəcək.
Rusiya Federasiyasının Dağıstan Respublikası
Xalq Məclisinin sədri Xızrı Şıxsəidov da Azərbaycan
Prezidentini təbrik edənlər arasındadır. O, təbrikində qeyd edir:
"Müasir Azərbaycanın uğurları, onun iqtisadi,
siyasi və beynəlxalq mövqelərinin möhkəmlənməsi
Sizin adınızla ayrılmaz surətdə
bağlıdır. Siz uzaqgörən və
müdrik siyasi xadim kimi haqlı olaraq həm öz vətəninizdə,
həm də onun hüdudlarından kənarda böyük
nüfuz qazanmısınız. Sizin fəaliyyət
xəttinizin çoxmillətli Azərbaycan xalqı tərəfindən
haqlı olaraq dəstəklənməsi Azərbaycan
Respublikasının Prezidenti seçkilərində növbəti
inandırıcı qələbəyə çevrildi. Sizin rəhbərliyinizlə həyata keçirilən
dəyişikliklər və iri layihələr atanız, Azərbaycan
xalqının dahi oğlu və ümummilli lideri Heydər
Əlirza oğlu Əliyevin şanlı işlərinin layiqli
davamıdır”.
Azərbaycan ən mühüm məsələlərin
həllində fəal rol oynayır
Prezident İlham Əliyevin ünvanına başqa bir təbrik
Şanxay Əməkdaşlıq Təşkilatının
Baş katibi Rəşid Alimovdan gəlib. Bu gün Azərbaycanın
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə cəmiyyət
həyatının bütün sahələrinin müasirləşdirilməsi
yolunda ardıcıl və dinamik surətdə irəlilədiyini
qeyd edən Rəşid Alimov daha sonra yazır: "Sizin zəngin
siyasi təcrübəniz və yüksək peşəkarlığınız
Azərbaycan xalqının rifahının yüksəldilməsi
naminə mürəkkəb məsələləri qətiyyətlə
və ardıcıl olaraq həll etməyə imkan verir. Sizin dünya miqyasında yeritdiyiniz uzaqgörən və
praqmatik siyasətiniz, ölkənin milli mənafelərini qətiyyətlə
qorumaq və müdafiə etməkdə xüsusi bacarığınız
sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə
olan ən mühüm məsələlərin həllində
fəal rol oynayır”.
Türkdilli Ölkələrin Parlament
Assambleyasının Baş katibi Altınbek Mamayusupov da
Prezident İlham Əliyevə təbrik göndərib. O yazır ki, görülmüş
işlər nəticəsində inkişafın nümunəvi
Azərbaycan modeli formalaşmışdır: "Sizin rəhbərliyinizlə
məqsədyönlü, ardıcıl və düzgün
qurulmuş fəaliyyət nəticəsində Azərbaycanın
beynəlxalq nüfuzu durmadan artmış, siyasi, sosial-iqtisadi və mədəni sahələrdə
möhtəşəm uğurlar qazanılmışdır. Ölkədə müxtəlif irimiqyaslı beynəlxalq
layihələrin və tədbirlərin həyata keçirilməsi
ənənə halını almış, dayanıqlı
inkişafın nümunəvi Azərbaycan modeli
formalaşmışdır”.
Rusiya
Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev
də Prezident İlham Əliyevə səmimi təbriklərini
çatdırıb: "Siz son dərəcə təcrübəli
dövlət xadimi, səriştəli diplomat və müstəsna
istedadlı siyasi xadim olaraq Azərbaycanı günbəgün
inkişaf və firavanlaşma yolu ilə irəli
aparırsınız.
Dmitri Savelyev qeyd edir ki, Prezident İlham Əliyevin
strateji düşünmək, qəbul olunmuş qərarları
ardıcıl surətdə həyata keçirmək və
xalqı inamla irəli aparmaq, Azərbaycan dövlətinin
sabitliyini və dünya siyasi arenasında mövqelərini ilbəil
möhkəmlətmək qabiliyyəti səmimi heyranlıq
doğurur.
"Siz, görkəmli siyasi xadim, haqlı olaraq dünya
siyasi elitasının ən parlaq nümayəndələrindən
birisiniz. Siz bütün enerjinizi geosiyasi məkanda dövlətinizin
mənafelərinin qorunmasına, respublikanın bütün vətəndaşları
üçün mənəviyyatın və sosial sabitliyin
inkişafına sərf edirsiniz”. Bunu isə
"Russneft” Neft-Qaz Şirkəti Publik Səhmdar Cəmiyyətinin
Direktorlar Şurasının sədri Mixail Qutseriyev yazıb.
O, əmin olduğunu bildirir ki, Prezident İlham Əliyevin
müdrik rəhbərliyi ilə Azərbaycan iqtisadi
firavanlıq yolunu davam etdirəcək, vətəndaşların
rifahının durmadan artmasını bütün dünyaya
göstərəcək.
Doğum günü ilə əlaqədar Prezident
İlham Əliyevin ünvanına çoxsaylı təbriklər
gəldi. Təbrik
edənlər arasında xeyli sayda dövlət və hökumət
başçısının, beynəlxalq təşkilatların
rəhbərlərinin, siyasi-ictimai xadimlərin, elm
adamlarının adına rast gəlmək
olur. Və hər bir təbrikin məzmunu
Prezident İlham Əliyevin şəxsiyyətinə
dünyada olan yüksək ehtiramdan, Azərbaycanın dövlət
başçısının seçilən, hörmət bəslənilən
lider olmasından xəbər verir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.- 8 yanvar.- S. 1; 2.