UNEC brendi Türkiyədə də dövlət qeydiyyatına alındı

 

Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan "UNEC” Türkiyədə "Türk PatentMarka Kurumu” tərəfindən də tanınıb.

UNEC markası Türkiyədəki universitetlər arasında ən çox yayılan 09,16, 35, 41 və 42 saylı təsnifatlara daxil olan xidmət və məhsulları əhatə edir. Bura təhsil və tədris xidmətləri, nəşr, jurnal, kitab, təqvimlər, eləcə də elm və sənaye ilə bağlı tədqiqat və tədqiqat xidmətləri, elmi inkişaf və araşdırma xidmətləri, keyfiyyət və standartların müəyyən edilməsi məqsədi ilə məhsul və xidmətlərin test olunması fəaliyyəti, reklam materialları, bu istiqamətdə digər xidmət və məhsullar daxildir.

Şərtlərə əsasən, növbəti 10 il ərzində UNEC brendi "Türk PatentMarka Kurumu” tərəfindən də qorunacaqdır. Bir neçə xarici ölkə tərəfindən UNEC brendinin tanınması işi isə tamamlanmaq üzrədir.

Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universitetinə məxsus UNEC brendi 2016-cı il yanvarın 21-də Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb.

 

Azərbaycan.- 2019.- 8 yanvar.- S. 4.